2025-ci ilədək Avropa və Azərbaycan arasında əməkdaşlıq

 

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeşi qəbul etmişdir. Görüş zamanı aydın olmuşdur ki, Avropa Şurasının 2018- 2021 – ci illərdə Azərbaycan üzrə fəaliyyət planının həyata keçirilməsi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından mühüm əlamətdir. C. Bayramov Z.Hernyeşi bölgədəki vəziyyət, post – müharibə sonrası həyata keçirilən tədbirlər barədə məlumatlandırmışdır. Qonaq təmsil etdyi təşkilatın müxtəlif sahələrdə Azərbaycana yardım etmək niyyətini vurğulayıb.

Təbii ki, bu işdə Avropanın əsas tələbləri Azərbaycanda demokratiya, korrupsiya, rüşvətxorluğa son verilməsi olacaqdır. İllərdir Aİ ölkələrinin dövlətimizlə yalnız enerji sahəsində əməkdaşlığı etməsi Qərbin insan haqlarına ziddir. Bəlkə də Azərbaycan hakimiyyəti gələcəkdə bizə qarşı tətbiq ediləcək sanksiyalardan qorxaraq, bu sahədə yumşalmaya qərar versin. Hər halda, hər şey ölkə prezidenti İlham Əliyevin əlindədir.

Yəni gec- tez Azərbaycan hakimiyyəti Rusiyanın əsarətindən qopmalı və Qərbə doğru inteqrasiya etməlidir.
İnanırıq ki, əsas hədəf demokratiya olacaqdır. Bu görüşdə siyasi məhbuslar barəsində də müzakirələr aparılmışdır.
Tərəflər arasında yeni 2022 – 2025 – ci illər üzrə fəaliyyət planının işlənib hazırlanması, qarşılıqlı səfər mübadiləsi barəsində ətraflı müzakirələr aparılmışdır.

 

Bunu paylaş: