2020-ci ilin nəticələri

Prezident İlham Əliyevin 2020- ci ilin yekununa həsr edilən çıxışı olmuşdur. Ölkə başçısı əsasən, iqtisadi artımdan və neft-qaz gəlirlərindən söz açmışdır. Prezident çıxışı zamanı Dünya Bankı tərəfindən qeydə alınmış Azərbaycanın reytinqindən söz açmışdır və 190 ölkə arasında 28 -ci yerdə qərarlaşdığlmızı bildirmişdir. Sonra İlham Əliyev bu- günkü çıxışı zamanı azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin başlandığını bildirmişdir .


Azərbaycan prezidenti qeyd etmişdir ki, ölkəmizin iqtisadiyyatı 4 faiz azalsa da ,neft -qaz sektorunda 11 faiz çoxalma olmuşdur. Ölkə başçısı bildirmişfir ki, Pandemiya səbəbindən iqtisadiyyatımıza böyük zərər dəysə də ,ölkəmiz bu çətinliyin də öhdəsindən gələ bilmişdir.
İlham Əliyevin yenə də Azərbaycanda fantastik iqtisadi artımdan danışması çox gülüncdür. Acınacaqlı vəziyyətdə olan xalq işsizlikdən, yoxsulluqdan və sosial vəziyyətdən əziyyət çəkir. Hətta bir müddət əvvəl güya Azərbaycanda 2020-ci ildə 90 minə yaxın iş yerlərinin açılması statistikası yayılmışdır. İlham Əliyev və hakimiyyəti hər il belə fantastik çıxışları ilə xalqı aldadır.

Mikayıl Əsədov.

Bunu paylaş: