1999, 2018-ci illərin hadisələri Ermənistanda təkrar oluna bilər

1999 – cu ildə Ermənistan Parlamentinə silahlı hücumu hər kəs xatırlayır. Həmin zaman Azərbaycan Ermənistan danışıqları növbəti sülh razılaşmasına keçdiyi bir vaxtda, 8 nəfər parlamentdə öldürüldü.
2016 cı – ildə qəhrəman Azərbaycan ordusunun “Aprel döyüşləri” Ermənistan rəhbərliyini stol arxasına oturmağa məcbur etdi. Həmin zaman prezident Serj Sarkisyan İlham Əliyevlə demək olar ki, razılıq əldə etməyə çox yaxın idi. O, Aprel döyüşündən nəticə çıxararaq İlham Əliyevlə yaxın zamanda sülh danışıqlarına gedəcəyini söylədi və daxili autoriyanı sakitləşdirmək üçün zaman istədi. Bir müddət sonra indiki prezident Nikol Paşinyan Serj Sarkisyanı devirdi.

Nikol Paşinyan İlham Əliyevlə ilk görüşdə bir az zaman istədi. Lakin istədiyi zaman vaxtı Şuşada buraxdığı səhvlər ona baha başa oturdu.
Qarabağ müharibəsi başladı və Azərbaycan ordu “Aprel Döyüşləri” ndə buraxdığı yarımçıq işini davam etdirdi.

Bu gün Ermənistanda baş verən hadisələr, 1999-2018 – ci illər hadisələrinə bənzəyir. 44 günlük müharibə zamanı qaçıb gizlənənlər bu gün Ermənistan küçələrinə axışıb Paşinyana qarşı müxalifət yaradaraq onu devirməyə çalışırlar.

Bunların hamısının erməni diasporası və Moskvadan idarə olunduğunu görürük. Paşinyanın sərhədləri müəyyən etmə və sülh danışıqlarına hazırlaşdırğı vaxtda ona qarşı təbliğat maşını işə düşməkdədir.
Lakin ermənilərin və onların himayədarlarının unutduğu bir şey var; Azərbaycanın istəyinə çatmağı üçün, Ter Petrosyanlara, Dəmirçiyənlara, Köçəryanlara, Sarkisyanlara, Paşinyanlara ehtiyacı yoxdur. Ölkəmizə istədiyi hədəfə çatmaq üçün hər an, hər şeyə hazır olan bir ordusu vardır. Yəni Azərbaycanı ordusu istənilən hədəfi, erməni liderlərdən daha tez, daha yaxşı, daha üstün, daha təmiz edə bilər.
Sonda qeyd edək ki, Ermənistanda hakimiyyət dəyişməklə Azərbaycanı aldatmağa çalışmaq planı da işə yaramır. Ən yaxşısı, gələcəkləri üçün ağıl və düşüncələrini dəyişsələr yaxşı olar.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın