190 manat erası bitdi

 

Yayılan məlumata əsasən pandemiya ilə əlaqədar, vətəndaşlara verilən 190 manat dayandırılacaqdır. Bu məbləğin verilməməsinin səbəbi isə pandemiya dövründə sərt karantin rejiminin yığışdırılmasıdır. Buna misal olaraq göstərilir ki, guya Azərbaycan əhalisi gündəlik həyata yenidən qayıtmışdır.

Ölkə iqtisadiyyatının 70 faizdən çoxunu özəl sektor tutduğunu hər kəs bilir. Lakin pandemiya zamanı, dövlət tərəfindən yardım paketinin olmaması özəl sektora böyük təsir göstərmişdir. Ölkəmizdə pandemiyadan əvvəlki zamanda, işsizliyin sayı yüksək səviyyədə idi. Burda belə bir sual ortaya çıxır. Əhali neçə dolansın?

İş yerləri bağlı, əhali kasıb vəziyyətində yaşayır, hər yerdə korrupsiya və rüşvətxorluq. Bu ölkədə necə yaşayasan?. Varlı sərvətə malik xalq İlham Əliyevin və hakimiyyətinin yürütdüyü daxili siyasət nəticəsində pis gündə yaşamaqdadır.

Fikir verdinizsə, neftin qiyməti 35 dollara olduğu bir vaxtda ölkədə iqtisadi və sosial durum dəyişmədi. Bu gün isə xalqın nefti 73 dollara satılsa da, yenə də dəyişən bir şey olmamışdır. Bu onu göstərir ki, xalqın sərvəti neçəyə satılırsa satılsın, həyatlarında yüksəliş olmamışdır. Çünki, o pullardan xalqa qara bir qəpik belə çatmır. Sərvətlərimizin gəlirləri isə “Kral ailəsi Əliyevlərin nəzarətindədir”.

Bununla da Azərbaycanda 190 manata son verildi. Bu zülmdən qurtulmağın iki yolu vardır; Birincisi, bu vəziyyətlə barışmaq və son nəfəsimizə kimi qul olmaqdır. İkincisi isə bir gün əsil xalq olaraq meydanlara axışmaq və öz haqlarımızı, hüquqlarımızı, söz azadlığımızı, oğurlanan sərvətlərimizi geri almaqdır…

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın