17 noyabr Milli Dirçəliş Gününün 32-ci ildönümü münasibəti ilə KXCP sədri Mirmahmud Mirəlioğlu Azərbaycan Xalqın təbrik edib.

Təbrikdə deyilir:
“ Əziz Həmvətənlər!
Sizləri Xalqımızın şanlı tarixi – 17 noyabr Milli Dirçəliş Günü münasibəti
ilə təbrik edirəm!
XI qırmızı rus – sovet ordusunun Azərbaycanı işğal etməsindən 68 il sonra,
1988-ci il noyabrın 17-də başlayan və 17 gün davam edən, dinc etiraz
mitinqlərinin nəticəsi olaraq, Milli Dirçəliş Günü şanlı tariximiz oldu. Azərbaycan
Xalqı – dünyada ilin xalqı elan olundu.
05 dekabr 1988-ci ildə rus – sovet qoşunları tərəfindən dağıdılan Meydana
Xalq Azadlıq adını verdi.
Milli Azadlıq Hərəkatını boğmaq üçün rus-sovet ordusu 1990-cı il 20
Yanvarda dinc əhali üzərinə geniş miqyaslı hücuma keçdi. 20 Yanvar Şəhidlərinin
qələbəsi ilə SSRİ adlı imperiya məğlub oldu.
Milli Azadlıq Hərəkatının nəticəsi olaraq, 1991-ci il, 18 Oktyabrda
Müstəqillik Haqqında Konstitusiya Aktı qəbul edildi. Azərbaycan
Cumhuriyyəti bərpa olundu.
25 May 1993-cü ildə, Elçibəy hakimiyyətinin devrilməsi bahasına olsa da,
çar, sovet – rus qoşunları nəhayət, Azərbaycandan bir dəfəlik çıxarıldı.
Əsrlərlə davam edən çar, sovet – rus işğalından qurtulmaq Azərbaycan
insanının ən mühüm arzu – niyyəti idi. İSTİQLALımıza qovuşmağın başlanğıcı
olan, 17 noyabr – Milli, Dini və Dövlət Bayramlarımızın əsasının qoyulduğu
və reallaşdırılmasının başlandığı gündür. Bu gün, Şəhidlərimizin qanı, millət
böyüklərinin fədakar mübarizliyi və dövlət düşüncəsinin təntənəsidir.
Torpaqlarımızın, Vətənimizin Bütövlüyü, Azadlığı və Müstəqilliyi yolunda
Şəhid olanların qarşısında baş əyirəm!
Qazilərimizə can sağlığı, Bütöv Azərbaycan vətəndaşı olmağı arzulayıram!
Bu gün yenə mübarizədəyik.
44 gün uğurla davam edən, torpaqlarımızın işğaldan azad olunmasında hərb
tarixinə şanlı səhifələr yazan Azərbaycan Milli Ordusu mütləq qələbə çalacaqdır!
Şəhidlərin qanını yerdə qoymayaq!
Qazilərimizə sahib duraq!
Dövlətimizi bütövləşdirək!
Bayramınız mübarək! ”

Bunu paylaş: