15 min manata mobil telefonunun nömrəsini satan keçmiş nazir…


Bir nömrənin qiymətinə diqqət yetirirsinizmi?
Milyonerlər ölkəsinin dilənçi əhalisi gecə-gündüz daş karxanalarından yuyucuxanalara, ictimai nəqliyyatda dispetçerliyə, iaşə obyektlərində qabyuyanlığa, küçələrdə süpürgəçiliyə, H.Əliyev adına parklarda bağbanlığa, marketlərdə operatorluğa, satıcı, hər körpünün altında açılmış bir qul bazarında nökərçiliyə və s. və i. qədər hər işə əl atırlar ki, balalarını yavan çörəklə də olsa təmin edə bilsinlər, ancaq 15 manat qazana bilmirlər. Maliyyə oliqarxiyası dominyonluq etdiyi ölkədə bu hal təəccüb doğurmamalıdır. Bank kapitalı ilə neft kapitalı birləşəndə inhisarçılıq qaçılmaz olur…
Sabiq Əmək və Əhalini sosial müdafiə naziri, baron Müslümov hələ bunların içərisində öz intellekti, elmi, biliyi ilə fərqlənən, ali təhsil müəssisəsinin yetişdirdiyi ən perespektivli kadır, professor, ziyalı sayılırdı. Yetişdirməyinə ora yetişdirmişdi, korlanmağına, qaçaq-quldur, qrabyoj olmasına isə qarətçi, talançı komanda bais oldu.
( 050) 211———–seriyası özündə nəyi ehtiva edir? “Azercell”in yubileyində bu seriya ilə başlayan telefon nömrəsinin H. Əliyevə təqdim olunmasınımı?! Ona görə də bu seriyadan olan azercell nömrələri bu qədər qiymətlidir. Baxın və görün ki, hazırkı iqtidarın ideoloji prioriteti, dövlətçilik düşüncəsi, idarəetmə fəlsəfəsi nədən ibarətdir? Neçə gedişli möhtəkir olasan ki, şirkət sənin, nömrə sənin, alıcı qismində kadır sənin ola, sən də bir qotur nömrənin fantastik qiymətə satışını təşkil edəsən?! Satan fırıldaqçı, alan fırıldaqçı, daha dəhşətlisi isə ikisinin də cahil olmasıdır.
15 min manatlıq telefon nömrəsi ən kiçik dövlət məmurundan, ən iribuynuzlu nomenklaturaya qədər hamısında var, özü də bir-neçəsi. S.Müslümov mənimsəmə yolu ilə dövlətə küllü miqdarda ziyan vurma maddəsi ilə ittiham olunur. Korrupsioner və ya rüşvətxor, meşşan və ya tufeyli olmağın bizim məmləkətdə amplitudası (050) 211 seriyalı mobil operator nömrəsidir. Məntiqi sillogizmlə demək, bütün hakimiyyət oğru və talançılardan ibarətdir.
Hərdən bədbəxtçiliyimizin səbəbləri haqqında fikirləşirəm. Və hər dəfə eyni qənaətə gəlirəm – görün bizi kimlər idarə edir?! Xoşbəxtliyin havasını duymağa belə zərrə qədər şans verməyən millət qənimləri…

P.S. Həyatda ən rəzil vəziyyət bivec oğulun etdiyi şərəfsiz əməllərlə bu cəhətdən özündən heç də geri qalmayan atasına rəhmət oxutmasıdır.
Hər şey ordan başladı. O cümlədən bir nömrənin 15 min manata olması da…

Nur An Əsər.

Bunu paylaş:

Bir cavab yazın