11 sentyabr terror aktı və onun səbəbləri

 

2001 ci il sentyabr ayında Nyu – Yorkda yüzlərlə insanın həyatına son qoyan məşhur terror aktı törədildi. Bundan sonra terror aktının ideoloji təbliğatı aparıldı və bu aksiya dərhal Üsamə Bin Ladenin ayağına yazıldı. Ardınca Bin Laden Əfqanıstanda peyda oldu və Amerikanın Əfqanıstanı işğal etməsinə bəhanə əldə etdi.

Əlbəttə ki, BMT, Amerikanın İraqı işğal etməsi üçün uydurma Səddam Hüseynin atom bombası var ( sonradan etiraf etdilər ki, bağışlayın, səhv etmişik, amma hələ də Amerika İraqdan çıxmayıb), nə də Bin Ladenin bəhanəsi ilə Əfqanıstanı işğal etməsinə icazə verməyib. Dünyada da, Azərbaycanda olduğu kimi, yazılı qanunlar yalnız zəifləri cəzalandırmaq üçündür.
Beləliklə, Amerika Əfqanıstana hərbi müdaxilə etdi və hətta Bin Laden öləndən 10 il sonra belə çıxmadı.
Nəhayət bu günlərdə Amerika Əfqanıstanı tərk edərkən, birdən – birə DEAŞ ( İŞID) orda peyda oldu, terror aktı törətdi və Amerikada bir terrorçunu öldürmək üçün havadan zərbələr endirdi və nəticədə xeyli günahsız insan, o cümlədən uşaqlar həlak oldu.
İraqa və Əfqanıstana hərbi müdaxiləyə Amerika trilyonlarla dollar pul xərcləyib.
Sual olunur: məqsəd nədir?

Bəzi şərhçilər əsas məqsəd Iraqın nefti və Əfqanıstanın təbii mineral sərvətlərinin istismarı olduğunu iddiaedirlər. Məncə, Amerikanın əsas məqsədi bu deyil.
Ona görə ki, xərclənən trilyonlarla dollar pul o qədər çoxdur ki, o, heç vaxt kompensasiya olmayacaq.
Bütün bunlar göstərir ki, məqsəd başqadır.
Qərb yaşayanlar daha yaxşı bilir ki, bu ölkələrin əsas ideologiyası, təbliğatı İslam dininə və müsəlman ölkələrinə qarşı aparılır. 44 günlük Qarabağ müharibəsində də biz bunun əyani şahidi olduq. Qərb dövlətlərinin, başda Amerika olmaqla, əsas məqsədi İslam dövlətlərində olan öz sümürgəçilik siyasətini yeritmək üçün əvvəlcə özlərinin terror təşkilatını yaratmaq, sonra da bu təşkilatları bəhanə gətirərək həmin ölkələrə hərbi müdaxilə etmək və onların inkişafının qarşısını almaqdır.
Qərb dünyası, başda Amerika, Avropada isə Fransa olmaqla hətta NATO müttəfiqi olan Türkiyəyə qarşı da belə çirkin oyunlar oynayırlar.

Təsəvvür edin ki, Suriyada Amerika və Fransa Türkiyənin deyil, özünün yaratdığı və maliyyələşdirdiyi PKK- nın Suriya qanadı olan YPG – ni müdafiə edir, onlara silah verir, beynəlxalq aləmdə legitimliyini təbliğ edir.
Müsəlman və bir sıra zəif inkişaf etmiş ölkələrdə demokratik dövlət quruculuğunun qarşısını alan dövlətlər, məhz bizim “demokratiyanın beşiyi” saydığımız həmin Qərb dövlətləridir.
Odur ki, bütün dünyanın proletarları birləşərək bu dəfə kommunizm yox, demokratik dövlətlər qurmalıdırlar.
Sayın Cümhurbaşqanı R.T. Ərdoğan demişkən, dünya beşdən ( beş BMT TŞ – nın üzvünü nəzərdə tutur) böyükdür.
Allah, 11 sentyabr və digər terror aktlarında həlak olan bütün günahsız insanlara rəhmət eləsin.
Amin.

Şahin Şirvanlı.

Bunu paylaş:

Bir cavab yazın