10 noyabr bəyanatının nəticəsi: Daha bir şəhidimiz var

 

Yanvarın 11-də Azərbaycan – Ermənistan dövlət sərhəddində Kəlbəcər rayonu istiqamətində atəşkəs pozulmuşdur. Nəticədə Azərbaycan ordusunun əsgəri Nəzərov Ayaz Azər oğlu şəhid olmuşdur.
Ermənistan tərəfi iki əsgərinin yaralandığını və iki əsgərinin öldüyünü qeyd edir. Bəzi məlumatlara görə, bu rəqəm 5 əsgərdən artıqdır.

İlham Əliyev isə həmişəki kimi, öz obrazında çıxış etməkdədir. Bundan əvvəl qeyd etdiyim kimi, onlar bizə şəhid verir, İlham Əliyev isə onlara humanistlik göstərir. Bu gün Azərbaycan prezidentinin imzaladığı 10 noyabr bəyanatının nəticəsidir ki, hər gün cəbhədən şəhid xəbərləri almaqdayıq.

Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin bir bəyanatında bütün məsuliyyətin Ermənistanın üstünə düşdüyü qeyd olunur.

Əlavə edək ki, şəhid Nəzərov Ayaz Azər oğlu yaşadığı Tovuz Rayonunda torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın