1 avgust Azərbaycanda dil və əlifba günü..

1992-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Əlifba komitəsi yaradıldı. Bu komitəyə latın qrafikalı əlifba tərtib etmələri üçün tapşırıq verildi.
1926 -ildə də Azərbaycanda hər yerdə kütləvi latın qrafikalı əlifba tətbiq edilmişdi. Həmin illərdə Türk Cümhuriyyətinin də latın qrafikasına keçməsi ilə, Sovet imperiyasının ciddi tədbirlər almasına bir təkan oldu. Çünki Azərbaycan xalqının daha da savadlanmasından və türklərlə əlaqələrin güclənməsindən qorxdu. Ona görə də, 1940 -cı ildə kiril əlfbasına keçildi. Bu əlifba ilə demək olar ki, yarım əsr Azərbaycan elmi və mədəniyyəti inkişaf elədi.
Nəhayət ki, 1990 -cı ildə alim Afat Qurbanovun təsiri ilə yenidən Əlifba komissiyası yaradılmışdır, özü də həmin komissiyanın sədri olmuşdur. Məhz onun təşəbbüsü ilə 1992 -ci ildə latın əlifbası yenidən tətbiq edilməyə başlamışdır.
Hal -hazırda Azərbaycanda latın əlifbasından istifadə olunur. Lakin buna baxmayaraq, bəzi dövlət dairələrində işləyən məmurlarımız ümumiyyətlə, bu qrafikada nə sərbəst danışa bilir, nə də yaza bilir. Bu da onu göstərir ki, hələ də bizim müstəqil dilimizi, əlifbamızı öz beynində nə vaxtsa” onsuz da bu dil dəyişəcək “xəyalı ilə çalışan xainlər var. Bu da onun nəticəsidir ki, indiki hakimiyyət yetərincə tədbirlər görmür. Bu da bəzi satqınların arzularının qismən də olsa reallaşmasına gətirib çıxardır.Ümidvaram ki. indiki hakimiyyət bunların hamısını nəzərə alıb, bütün xainləri işdən çıxardıb, onların əvəzinə təmiz Azərbaycan dilimizdə yazan, danışan gənclərimizi qoyacaq.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: