Əvvəlki Nazirlər də, sizin kimi düşünürdülər

Hörmetli oxucular, Təhsil Naziri Emin Əmrullayev mətbuata verdiyi müsahibədə bildirmişdir ki, bizim iki əsas məqsədimiz var: birincisi müəllimlərin əmək haqqlarını yüksəltmək, ikincisi gənc, təcrübəli müəllimləri işə cəlb etməkdir.
Büdcənin azalmasını nəzərə alsaq artım yəqin ki, çox az miqdarda baş verə bilər. Son vaxtlar neft gəlirlərimizin aşağı düşməsi ve infilyasiyanın çox olması maaş artımına imkan vermir və bu, hər kəsə bəlli məsələdir.Tebii ki, gənc müəllimələrin ən aşağı maaşa çalışmaları bir az inandırıcı deyil.Səbəb isə illərdir təhsilimizin bərbad vəziyyətinde olmasıdır. Gündən günə maddi ve sosial yaşayışın ağırlaşdığı bir ölkədə təhsil sistemini bu şərtlərlə dəyişdirməyin çox çətin iş olduğunu yeqin nazir özü də gözəl anlayır. Hətta keçmiş Təhsil Naziri Misir Mərdanovun işdən çıxarılmasının səbəblərini xatırlayaq.

İmza; Mikayıl Əsədov.

Bunu paylaş: