Əsirlikdən azad edilən Hüseyn Abdullayevlə, “Tərtər 1767” cinayətini əlaqələndirən nədir?

Hörmətli oxucular, sizlərə Ukraynada işğalçı Rusiya ordusu tərəfindən əsir alınan azərbaycanlı tələbə Hüseyn Abdullayev barəsində məlumat vermişdik. O, 25 gün əsirlikdə qaldıqdan sonra, dostlarının rusiyalı hərbçilərlə əlaqə saxlamalarından sonra azad edilmişdir. Dostları Çeçen döyüşçüləri vasitəsilə onun Azərbaycandan tələbə olduğunu sübut etmişdir və bundan sonra ukraynalı əsirlərlə dəyişdirilərək Azərbaycana gətirilmişdir.

İlk növbədə Hüseyn Abdullayevin danışığına fikir versəniz, görəcəksiniz ki, onun azadlığa çıxmasına yaxınları köməklik göstərmişdir. Burda Azərbaycan hakimiyyətinin heç bir rolu olmadığını bir daha görürük. Rus kökənli Elmira Axundova müharibə başlamamışdan əvvəl təcili sürətdə Ukraynanı tərk etmiş və Azərbaycana geri dönmüşdü. Görünür, onu maraqlandıran Ukraynada çıxılmaz vəziyyətdə qalan həmyerlilərimiz deyil, sadəcə özünün var – dövləti və oğlunun kefidir. Bu gün Azərbaycanın diplomatiyasının nə gündə olduğunu görürük.

Hörmətli xalqımız, bizi maraqlandıran nə Elmira Axundovadır, nə də ki, Ukrayna məsələsidir. Bizi maraqlandıran Hüseyn Abdullayevin açıqlamalarıdır.

Əsirlikdən qayıdan tələbəmizin dediklərini ‘Tərtər 1767″ cinayətinə bağlayan nədir!?
Hüseyin Abdullayev 25 gün müddətinə ona verilən işgəncələrdən söhbət açmışdır. Fikir versəniz, əsirlikdə ruslar tərəfindən ona edilən işgəncə növləri eyniliklə, “Tərtər 1767” cinayətində edilən işgəncə ilə üst-üstə düşür.


Hüseyin qeyd edir ki, hər 20-30 dəqiqədən bir ona elektrik cərəyanı ilə, döyməklə işgəncə vermişlər.
Yəqin ki, xalqımız xatırlayar – “Tərtər 1767” cinayəti zamanı hərbçilərimizə qarşı eyniliklə bu cür işgəncə növündən istifadə edilirdi. Aylardır ki, “Azerfreedom TV YouTube” kanalında Məmmədov Qurban Cəlaloğlunun təqdimatında, bu işgəncə növlərinin haradan qaynaqlandığını sizlərə bildirmişdir. Bu gün Hüseyn Abdullayevin də söylədikləri bir sübutdur ki, “Tərtər 1767” cinayətini törədən generalllar, polkovniklər, hakimlər, prokurorlar haradan və yaxud hansı ölkənin Xüsusi Dövlət Orqanlarından göstəriş almışlar.

Rəşad Şixəliyev.

Bunu paylaş: