Əsirlərimiz artıq vətəndədir

 

Bir neçə gün əvvəl sizlərə Azərbaycan və Ermənistan tərəfindən əsirlərin dəyişdirilməsi barəsində xəbər vermişdik. Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin köməyi nəticəsində 12 nəfər əsirimiz artıq ölkəmizə təhvil verilmişdir. Onların arasında 6 il bundan əvvəl öz yaxınlarının qəbirlərini ziyarət etdikləri zaman əsir götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyev də vardır. Əsirlərimizi ölkəmizə Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov gətirmişdir. Ermənistan rəsmilərinin verdiyi məlumata görə, Azərbaycan tərəfi 44 nəfər erməni əsirini təhvil vermişdir. Azərbaycana təhvil verilmiş əsirlərimizin adlarını təqdim edirik:

 

1.Emin Baxşəliyev
2. Amin Musayev
3. Yəhya Abdinov
4. Şərif Əliyev
5. Ömər Ələkbərov
6. Nurəddin Yolçuyev
7. Bayram Kərimov
8. Şahbaz Quliyev
9. Dilqəm Əsgərov
10. Mobil Əhmədzadə
11. Nurlan Əlizadə
12. Anar Əliyev

Azərbaycana qaytarılmış əsirlərimiz hal -hazırda həkim nəzarətindədirlər və sağlamlıqları yoxlanıldıqdan sonra evə buraxılacaqlar.

Mikayıl Əsədov.

Bunu paylaş: