Əsir götürülmüş Qarabağ terrorçuları Ermənistana verilirmi?

 

Bizim hökumət xalq qarşısında hesabatlı olmadığından, çox vaxt da düz çıxan, xəbərləri biz erməni mənbələrindən almalı oluruq.
Həmin mənbələrin verdiyi məlumata görə, Azərbaycan hökuməti əsir düşmüş 200(!?) ermənini Ermənistan hökumətinə təhvil vermək üçün üç şərt qoymuşdur:
1. Azərbaycan ərazisindən bütün erməni hərbçilərinin çıxarılması.
2. Naxçıvanın Kərki yaşayış məntəqəsinin ( anklavının) yenidən Azərbaycana qaytarılması.

3. Dağlıq Qarabağda, Qırmızı Bazar ərazisindən keçən və Şuşaya gedən yolun Azərbaycanın nəzarətinə verilməsi.Qeyd edək ki, bundan bir qədər əvvəl erməni mənbələrində Ermənistan hökumətinin Qarabağdan öz silahlı qüvvələrinin çıxarılması haqqında qərar verməsi haqqında da qeyri – rəsmi məlumat yayılmışdı. Həmin məlumata görə, Qarabağda yalnız yerli, yəni Qarabağda yaşayan ermənilər və Ermənistandan olan könüllü, müqavilə əsasında olan hərbi xidmətçilər xidmət edəcəklər.

Göründüyü kimi, Ermənistan hökumətinin qərarları hələ də Qarabağda keçərlidir və 10 noyabr qərarlarına yalnız Azərbaycan əməl edir. Yəni, Rusiya, və Ermənistan həmin qərarlara riayət etmir.
Qarabağa aid xəbərləri isə biz ancaq erməni və digər xarici mənbələrdən almalı oluruq. Bizim rəsmi mənbələr susur, danışanda isə ancaq “bəy tərifindən” başqa bir şey demirlər.

Bir vacib əlavə:
Ermənistan öz terrorçularını “hərbi əsir” adı ilə bütün beynəlxalq təşkilatlarda müdafiə edib, onların azad olmaları üçün hay – küy qaldıqları halda, bizim hökumət isə nəinki Xocalı soyqırımını bütün beynəlxalq təşkilatlarda, Avropa parlamentində, Beynəlxalq Haaqa Məhkəməsində müzakirəyə çıxarıb, Ermənistanı fakt qarşısında qoymayıb, təzminat tələb etməyib, heç dörd mindən artıq Xocalı girovları haqqında nə 10 noyabr müqaviləsində, nə də bu günki əsir – girov mübadiləsində Ermənistan qarşısında heç bir tələb qoymayıb.

Şahin Sirvanlı.

Bunu paylaş: