Əsgərindən oğurlayan oğru rejim

Azərbaycan ordusunda baş verən mənfi hallarla artıq kimi isə təəccübləndirmək çətindir. Tez-tez eşidirik ki, Azərbaycan silahlı qüvvələrində rüşvət, özbaşınalıq halları tüğyan edir. Bu gün orduda baş verən neqativ hadisələr birbaşa ölkə başçısından və orduya rəhbərlik edən Müdafiə nazirliyindən qaynaqlanır. Ölkədə hər bir sahədə olduğu kimi Müdafiə nazirliyi də rüşvətə bulaşmışdır. Gün keçdikcə orduda korrupsiya halları daha da geniş vüsət almışdır. Müharibədən yenicə çıxmış bir dövlətin ordusunda bu kimi hadisələr yolverilməzdir, bu, əsgərlərin vətən sevgisinə edilmiş böyük bir cinayət və xəyanətdir.

Korrupsiyanın olmasının bariz nümunəsi;
son günlərdə Azərbaycanda sosial şəbəkələrdə əsgərin ərzaq, yataq kimi maddi-texniki təchizat baxımından ciddi problemlərlə üzləşdiklərinə dair videoları yayılmışdır. Bu cür problemlərin səbəbi isə hökümətin orduya ayırdığı  pulların, xalqın göndərdiyi yardımların, ərzaq məhsullarının kimlər tərəfindənsə mənimsənilməsidir.

Dövlət təcili olaraq bu kimi baş verən mənfi halların, korrupsiyanın qarşını almalı, və cavabdeh olan günahkar şəxsləri məhkəmə önünə çıxararaq cəzalandırmalıdır.

Heç deyilsə, ordudan oğurluq edərək əsgərlərimizin haqqına girməyin, ayıbdır. Əks təqdirdə ordunun dövlətə olan güvəni, inamı sarsılacaqdır.

Əziz Əzizli

Bunu paylaş: