Əsgər ölümlərinə son…

 

Bitməyəcək və deməyəcək qədər, hətta bir az da irəli xirtdəyəcən problemlərin içində olduğumuzu günlük yazsaq da, azaldığının şahidi olmuruq.Az qalır ki, il tamam olsun, biz Azerfreedom ailəsi olaraq,Tərtər hadisələrini həm efir (Azerfreedom TV), həm də veb saytımız vasitəsilə gündəmdə saxlayıb, nüfuzu və siyasi baxışlarından asılı olmayaraq, müstəqil fikirləri ilə baş vermiş hadisələrə münasibət bildirən müsahiblərin fikri və olay şahidlərinin diliylə xalqa çatdırmağa nail olmuşuq.Xalqın, məlum cinayət tərkibli hadisəyə biganə yanaşması və susqunluq nümayiş etdirməsi isə Tərtər hadisələrinin bu gün də davam etməsinə təkan verib.

Belə ki, N saylı hərbi hissənin birində baş vermiş olay, bir hərbçimizin ölümünə səbəb olub.Niyə olay? Çünki rəsmi tərəf açıqlama vermək istəmir, sadəcə: “Qəfildən dünyasını dəyişib”,- deməklə kifayətləniblər.Ancaq ailə üzvləri bununla razılaşmayıb, şəhidin dəfn olunmaaına etiraz bildiriblər.Meyitə baxış zamanı məlum olub ki, mərhum başından güllə yarası alıb.Bu səbəbdən də, ailə üzvləri dəfn etmənin əleyhinə çıxaraq, MN-dən açıqlama gözləyirlər..

Xalq susur, növbə onlara çatmayana qədər dillənməyəcək..Birliyimiz gücümüzdür.Əsgər ölümlərinə son qoyulmalıdır.Xain və satqınlar,layiqli cəzalarını almalıdırlar..

Rəşad Şıxəliyev.

Bunu paylaş:

Bir cavab yazın