Əsəd üstüörtülü Türkiyəyə dəstək verir?

 

Türkiyənin Suriyadakı PKK-YPG terror birliklərinə qarşı yeni əməliyyatlara başlayacağını bilən Bəşər Əsəd öz münasibətini bildirmişdir. Çoxları Suriya liderinin Türkiyəni təhdid etdiyini düşünür. Lakin Əsəd əgər Suriya ordusuna qarşı hər hansı hücum olarsa, bu zaman cavb verəcəklərini söyləmişdir.
Onun sözlərində diqqət yetirsək görərik ki, söhbət Suriya milli ordusundan gedir. Görünür, Əsədin də terror təşkilatlarına qarşı mövqeyi Ərdoğanla eynidir. O, ölkəsində kök salmış terroru çoxdan yox etməyə çalışır. Suriya lideri bu çıxışı ilə də, Türkiyəyə üstü bağlı dəstək göndərmiş oldu.

Bəşər Əsədin sözlərindən belə çıxır ki, “türk ordusu anti-terror əməliyyatları keçirsin, lakin bizə dəyməsin”.
Çoxları bu çıxışla Türkiyəyə qarşı xəbərdarlıq etdiyini yozur. Lakin Bəşər Əsəd də anlayır ki, onun ordusu türk əsgəri qarşısında aciz qalacaqdır.

Bəzi mediya orqanları PKK-YPG – nın yerli hökumətlə anlaşdığını yazır. Lakin Əsədin bu çıxışı bütün fikirləri alt – üst etmişdir.
Bu gün reallıq budur ki, Türkiyə təhlükəsizliyi naminə anti-terror əməliyyatlarını yaxın zamanda başlaya bilər. Suriyada kimin nə deməyinə və təhdidinə baxmayaraq rəsmi Ankara öz strategiyası ilə hərəkət edir. Bir sözlə, Əsədin tarix dərsinə, fikirlərinə, istəyinə Ankara sərt mövqeyi və güclü ordusu ilə cavab verəcəkdir.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın