Ərizə (tələb)

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, YAP-ın idarə heyətinə

Sumqayıt şəhəri, 10-cu mkr, ev 21, mənzil 77-də  qeydiyyatda olan Tahir Xamməd oğlu Babayev tərəfindən

 

Ərizə (tələb)

 

Cənab İlham Əliyev!

Mən zərrə qədər olsun belə şübhə etmirəm ki, fərdinizin Azərbaycan tarixinə qara ləkə olduğunu özünüz hamıdan yaxşı anlayırsınız. Əhali arasında nüfuzunuz tamamilə itirilmiş, xalqın şəxsən özünüzə, hakim ailəyə, məmurlarınıza olan nifrətinin həddi-hüdudu yoxdur.

İlham Əliyev! Layiq bilməsəm də etika xatirinə, ölkənin tarixinə hörmətə rəğmən bəzi məsələlərin hər birini bir cümlə ilə yaddaşlarda dirildirəm.

Hesab edirəm ki, bununla insanlara xas olan lakin səndən yan keçmiş bəzi keyfiyyətlərin oyadılmasına təşəbbüs göstərəcəyəm. 21-ci əsrin əvvəlləri: Tarix Heydər Əliyevi öz səhnəsindən silir. Tiran insanlığa qarşı etmiş olduğu vəhşiliklərin əvəzini ödəmək üçün lazım olduğu yerə göndərilir. Cinayərkar çətə maraqlarının tam təmin edilməsinə xidməti öz üzərinə götürə biləcək namizəd kimi İlham Əliyevin üzərində dayanır və onun ölkədə hakimiyyəti mənimsəməsinə şərait yaradır. Qumarbaz, narkoman, alkoqolik, rüşvətxor, korrupsioner, əxlaqsız və s. digər murdar keyfiyyətlərin daşıyıcısı olması bu qrupun maraqlarının təmin edilməsi üçün başlıca şərt olduğundan talançılar onunla bir komandada YAP-da birləşdilər. Bu hadisələr bizim böyük əksəriyyətinin gözləri qarşısında baş verdi. Dərhal cinayətkar çətənin məkrli proqramı işə salındı. Birinci növbədə onlara dağıdıcı məramnamələrinin  icrasına mane olması ehtimal edilənlər sıradan çıxarıldılar. SSRİ-dən qalma nəhəng sənaye çökdürüldü. Kərəm Həsənovun simasında dağıdıcı sima birinci plana çıxdı. Özəlləşdirmə adı altında xalqın mülkü Əliyevlər və Paşayevlər klanlarının mülkiyyətlərinə keçirildi. Ölkədə iri miqyaslı talanlar başladı. Nəhəng yalan təbliğat maşını işə salındı. Hər gün minlərlə iş yerlərinin bağlandığına rəğmən YAP hakimiyyəti yeni-yeni iş yerlərinin açılması, müasir texnoligiyaların ölkəyə gətirilməsi haqda yalan məlumatlar yaymaqla əhalini uzun müddət aldada bildi.

İlham Əliyevin 20 ilə yaxın hakimiyyəti dövründə ölkənin iqtisadiyyatı dağıdıldı, müdafiəsi, milli təhlükəsizliyi düşmən ölkələrin kəşfiyyatlarının əlinə keçirildi. Vəziyyət o həddə çatdırıldı ki, ölkənin qanunverici orqanı, ədliyyəsi belə Rusiya Federasiyasından idarə olunur. Ölkə ziyalıları, milli kadrlar didərgin salınmışlar. Hazırda Azərbaycanda polis hegemonluğu olan diktatura hökm sürür. Sivil demokratik dünya Azərbaycandan üz döndərmişdir.

Hakimiyyəti mənimsəmiş ər-arvad və onların məmurlarının hamısının bir nəfər kimi bir gün içərisində dar ağacından asılması belə onların törətmiş olduqları cinayətlərin cüzi bir hissəsini kompensasiya edə bilməz.

İlham Əliyev və Mehriban Əliyeva, Zakir Həsənov, Zakir Qaralov, Ramil Usubov, Nəcməddin Sadıxov, Rüstəm Usubov və çoxsaylı digər respublika ranqlı rəhbərlərin “Tərtər genosidi” adı almış Azərbaycan ordusuna qarşı yönəldilmiş misli aörünməyən on ilə yaxın bir müddətdə davam etmiş və hazırda da onun qarşısının alınması üçün heç bir təsirli tədbir görülmür. Ölkə dağılır, vicdanı təmiz olan insanlar intihar həddindədir. Bütün baş verənlər üçün cavabdehlik daşıyan bir nömrəli şəxs – İlham Heydər oğlu Əliyev susur. Gözləri kor, qulaqları kar, dili isə laladır.

İlham Əliyevin prezidentliyi dövründə baş verən antixalq və antimilli xarakterli hadisələri nəzərdən keçirsək belə bir nəticəyə gəlməyə məcbur oluruq ki, Azərbaycan xalqı 20 ilə yaxın bir müddətdə bu cinayətkar rejminə dözməklə özünə qarşı bağışlanılması mümükün olmayan cinayət etmiş və hazırkı mərhələdə məhv olmaq, tarixdən silinmək təhlükəsi ilə üz-üzədir.

İlham Əliyev, bütün dövlət xainlərini, cinayətkarlarını və şəxsən özünün istefalarınızı təmin et. Orduda baş verən dövləti cinayətlərinin, Tovuzda Nərmin Quliyevaya qarşı törədilmiş cinayətin üstünün acılıb acılmaması sənin şərəfli və şərəfsiz olduğunun müəyyənləşdirəcəkdir. Heç olmasa son anda cəsarətli addım at.

 

İmza:                              83 nəfər Sumqayıt şəhər sakinlərinin tapşırığı ilə Tahir Babayev

(055) 577-53-11                                       23.11.2021

Bunu paylaş: