Ərdoğandan siyasi açıqlama: atom elektrik stansiyası, yoxsa…

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, mətbuata önəmli açıqlama vermişdir. O, Türkiyənin Atom Elektrik Stansiyasına malik olmasının vacibliyini vurğulamışdır. Türkiyə prezidentinin sözlərinə görə, dünyanın 32 ölkəsində 443 Atom Elektrik Stansiyası fəaliyyət göstərməkdədir. Ərdoğan bu enerjinin çox ucuz başa gəldiyini və Türkiyənın də bu çür enerji istesal etmək istədiyini bildirmişdir.
Rusiya ilə imzalanan “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi buna bir sübutdur.
Bununla da Türkiyə, öz elektrik ehtiyacını atom enerjisi hesabına ödəmək fikrindədir.

Niyə? , Atom Elektrik Stansiyası, dünyada bağlandığı bir vaxtda, Türkiyə bu stansiyalardan tikdirir?

Məsələnin siyasi tərəfi vardır. İlk öncə atom maddəsinin, bombaya necə çevrildiyini sizlərə söyləmək istərdim.
Atom Elektrik Stansiyası bir müddət işlədikdən sonra, uran tullantıları yaradır. Atom bombasının yaradılmasına isə ən vacib olan uran tullantılarıdır ki, onu da 100 faizə qədər zənginləşdirməklə bomba hazırlanır. Elektrik stansiyasıyaları cəmi 20 faiz uran tullantısı verir ki, bu da zənginləşdirmək üçün ən optimal dərəcədir.

Rəcəb Tayyib Ərdoğanın bu çıxışı, gələcəkdə atom bombasına sahib olmaq istəyinin göstəricisidir. Digər tərəfdən 32 ölkənin adını çəkməklə, sanki mesaj vermiş olur.
Düşünürəm ki, əgər Türkiyə atom bombası hazırlamaq istəsə, Amerika və NATO ilə münasibətlərə çox güclü təsir edəcəkdir. İranın vəziyyəti buna bir sübutdur.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın