Ərdoğandan İraqa və havadarlarına sərt sözlər

Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın son zamanlar Türkiyə əlehinə çıxış edən prezidenti Barham Salehə şərt cavb vermişdir. Ərdoğanın   rəsmi Ankaranın İraq sərhədlərində apardığı anti-terror əməliyyatlarına qarşı olan bu çıxışların arxasında Qərbin durduğunu da qeyd edib. O,  bir müddət əvvəl terrorla mübarizə etmək üçün İraq rəhbərliyinin Türkiyədən kömək istəməsini xatırlatmışdır.

Ərdoğanın sözlərinə görə Salehinin bu xahişinin videosunun olduğunu və bu yaxınlarda mediada efirə gedəcəyini bildirmişdir.
Ərdoğan qeyd edib ki,  Türkiyə nə İraqın, nə də ki onları qızışdıran Qərbin sözünə baxmayacaqdır. Onun sözlərinə görə terrorçuları məhv etməmiş, bölgədə sabitliyi ərsiyə gətirməmiş Türkiyə bu anti-terror əməliyyatlarını davam etdirəcəkdir.

Ekspertlərin sözlərinə görə, türk lideri əvvəlcə bizdən kömək istəyən və sonra Qərb ölkələrinin sözləri ilə ordunun oradan çıxarılmasını istəyən Barham Salehiyə xəbərdarlıq etməklə bir daha Türkiyənin kim olduğunu xatırlatmışdır. O, İraqa yerləşən Türkiyəyə qarşı təhdid doğuran bütün terrorçuları sona qədər məhv edəcəyini deməklə,  bəzi ölkələrə də ismarıc göndərmiş oldu. Ekspertlər qeyd edir ki,  bu arada söhbət tək Qərb deyil,  İran və Rusiyanın da hədəf göstərildiyi deyilir.
Sonda Rəcəb Tayyib Ərdoğan eyni vəziyyəti Suriyayada görəcəklərini bildirərək anti-terror əməliyyatlarının daha geniş olacağı barədə xəbər vermiş oldu.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın