Ərdoğan Yunanıstan və Amerikaya sərt cavab verdi…

Son zamanlar Yunanıstanın Türkiyəyə qarşı təxribatçı hərəkətləri gündəm olmaqdadır. Rəsmi Ankara Afinaya xəbərdarlıq etsə də, yunanlar Amerikaya güvənərək öz əməllərindən əl çəkmirlər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Miçotakisə xəbərdarlıq etdikdən sonra, Amerikaya da öz etirazını bildirmişdir.

Bilirik ki, Ankara və Vaşinqton arasında siyasi soyuqluq uzun müddətdir ki, davam edir. Bundan istifadə edən Yunanıstan bəzi neytral adalara Amerikanın hərbi kontingentini dəvət etmiş və bu hiylə vasitəsi ilə Türkiyəyə qarşı təxribatlar törətməyə başlamışdır. Bir sözlə, Miçotakis Amerikaya güvənərək Türkiyəyə qarşı çıxışlar etməyə davam edir. Eliyalılar düşünür ki, sabah Türkiyə və Yunanıstan arasında insident baş verərsə, Vaşinqton onları müdafiə edəcəkdir. Əlavə edək ki, Yunanıstana digər tərəfdən Fransa və Almaniya da böyük dəstək verməkdədir.
Görünür, Yunanıstan Ukraynadakı vəziyyətdən hələ də dərs çıxarmayıb. Ən azından kimin meydanda tək qalacağını indidən Kiyevə baxaraq düşünməlidir. Əks – təqdirdə hər şey gec ola bilər…

Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı Amerikanın Yunanıstanda 9 hərbi baza yaratdığını və onların Türkiyəyə qarşı istifadə edildiyini də qeyd etdi. O, bu hərbi bazaların Rusiya təhlükəsinə qarşı qurulduğuna inanmadığını bir başa qeyd etdi.
Sonda qeyd edək ki, Türkiyə lideri Yunanıstanla Amerikaya çıxışı ilə öz xəbərdarlığını etdi. Rəsmi Ankara bundan sonra ordusuna ‘hazır ol!” komandası verərək, Yunanıstanı Türkiyə sərhədlərində aktiv hala gətirməyə məcbur etdi. Bunun Türkiyənin son xəbərdarlığı olduğunu deyə bilərik.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın