Ərdoğan və Bayden görüşündə əsas dörd məsələ müzakirə edildi

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Amerika prezidenti Co Baydenin, İtaliyanın Roma şəhərində keçirilən Böyük 20-lik (G20) konfransında görüşü baş tutmuşdur. Bu görüşdə Qarabağ, Liviya, Əfqanıstan, Yaxın Şərq, Mərkəzi Asiya və Afrika mövzuları müzakirə ediləcdir. Lakin Rəcəb Tayyib Ərdoğan və Co Baydenin görüşündə əsas dörd məsələ stol üzərində olacaqdır:

1) Yunanıstanın son vaxtlar Türkiyəyə qarşı təxribatçı hərəkəti. Amerikanın Yunanıstanla yeni müqavilə bağlaması.

2) Rusiyadan Türkiyənin almaq istədiyi yeni silahlar. ( S-400 və s)

3) Suriyadan gələn yeni təhdidlər və Türkiyənin orada yenidən terrorçulara qarşı əməliyyat keçirməsi.

4) F-35 yerinə F-16 döyüş təyyarələrinin Türkiyəyə verilməsi.

Bu dörd məsələnin hər iki tərəf üçün çox önəmli siyasi gediş olduğunu deyə bilərik. Son zamanlar Amerika və Türkiyənin arasında olan münasibətlərin heç də yaxşı olmadığını bilirik. Əgər bu görüşdə razılaşma əldə olunmasa, hər iki tərəf müttəfiqlik adından xətt çəkməli olacaqdır. Ümid edirik ki, Vaşinqton və Ankara arasında münasibətlər normallaşacaqdır. Bunun üçün, Co Baydenin və Rəcəb Tayyib Ərdoğan bir – birinə qarşı qeyri – şərtsiz inamlarını bərpa etməlidirlər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın