Ərdoğan Putindən istədiyini alacaq, yoxsa Montrö sazişi işə düşəcək

 

Yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Soçi şəhərində görüşü baş tutacaqdır. Bütün dünyanın gözü bu görüşdə olacaqdır. Dünyanın iki ən güclü dövlətinin görüşməsi, digərlərini narahat etmiyə bilməz.

Putin və Ərdoğanın görüşündə əsas məsələ Zəngəzur, Ukrayna, Liviya, Suriya, Yaxın Şərq, Mərkəzi Asia, Afrika, hərbi (S400), turizim, iqtisadi, Akkuyu Atom Elektrik Stansiyası və s kimi məsələlər öz həllini tapacaqdır.

Bu görüşü, əsasən diqqətlə izləyən Qərb, Ərdoğanın Putindən istədiyini alaraq çıxacağını ehtimal edir. Dünya liderləri Türkiyə prezidentinin, necə qətiyyətli birisi olduğunu çox gözəl anlayırlar.
Rusiyanın Türkiyənin istəyinə “hə” cavabı verməsi qaçılmazdır. Əgər Putin Ərdoğanı Soçidən əliboş yola salarsa, bu zaman Lozana müqaviləsi və Montrö sazişi işə düşəcəkdir. Bunlar da Rusiyanın Bosfor boğazından giriş – cıxışının dayandırılmasına səbəb ola bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın