Ərdoğan Putindən İsveç və Finlandiyanı dondurmaq üçün, Azərbaycan və Suriya məsələsin tələb edə bilər

Türkiyə mətbuatının verdiyi xəbərə görə yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinin, Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü baş tuta bilər.
Xəbərdə qeyd edilir ki, bu görüşdə bölgədə vəziyyət danışıqlar mövzusu olacaqdır.
Bölgədə vəziyyət anlamı deyiləndə, hər kəs Ukrayna problemini nəzərdə tutur. Lakin digər vacib məqamlar da var ki, bunları sizə bu gün söyləmək istərdik.

İlk öncə Putin Ərdoğan görüşündə müzakirə olunacaq məqam İsveç və Finlandiyanın NATO-ya qəbulu məsələsidir. Putin həmkarından bu iki dövlət barəsində xahişlər edə bilər.
Əvəzində Türkiyə prezidenti Azərbaycanın tələblərinin ( sərhəd, Zəngəzur məsələsi) tam yerinə yetirilməsini və Suriyadan terrorçuların (PKK-YPG) təmizlənməsini tələb edəcəkdir.

Bu zaman, Putinin razılaşmaqdan başqa seçimi olmadığını görmək olar. Əgər Türkiyə İsveç və Finlandiyaya hə deyərsə! NATO – nun Rusiya sərhədlərində genişləndiyini görəcəyik. Kremlin isə bu, xoşuna gəlməyəcəkdir. Rusiya NATO-nun sərhədlərində olmasını özünə təhdid hesab etməkdədir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan və Suriya kartına Rusiya prezidenti Vladimir Putin İsveç və Finlandiya kartı ilə cavab verməlidir.
Sonda Ankara və Moskvanın razılaşacağı gözlənilir. Çünki İsveç və Finlandiyanın NATO-ya qəbul edilməməsindən Türkiyə qəti mövqe bildirməkdədir.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın