Ərdoğan Putin görüşündə razılıq əldə edilə bilər

Yaxın zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya rəsmi səfəri nəzərdə tutulmaqdadır. Səfərin məqsədi Rusiya və Türkiyə arasında fikir mübadiləsi aparmaqdır ki, bu da Suriya, Liviya, İraq, Ukrayna və Zəngəzur problemlərinə təsirsiz ötüşməyəcəkdir.

Rəcəb Tayyib Ərdoğanın Vladimir Putinlə görüşünün əsas səbəbi Suriya və Zəngəzur dəhlizidir ki, buna hər iki tərəfdən İran tərəfi mane olmağa çalışır. Xatırladaq ki, Tehranda keçirilən son İran, Türkiyə və Rusiya görüşündə demək olar ki, danışıqlar nəticəsiz qalmışdır.
Bunun nəticəsi idi ki, Mollalar Astana görüşü ərəfəsində Zəngəzur dəhlizinin açılmasına və Suriyadakı anti-terror əməliyyatlarına qarşı çıxmışlar.

Türkiyə bu gün İranı oyundankənar vəziyyətə salmaqla məsələni Rusiya ilə birbaşa həll etmək istəyir. Rəcəb Tayyib Ərdoğanı bu gün maraqlandıran bu iki vacib məsələdir ki, onu da Putinin əli ilə Rusiyadakı görüşdə həll etmək istəyir.

Ərdoğan hər halda, İsveç və Finlandiya kartından istifadə edərək, Putini neytrallaşdıra bilər. Əgər Kreml buna razı olmasa, sərhədlərində yenidən NATO təhlükəsi ilə qarşılaşacaqdır.

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Putin Skandinavların NATO- ya üzvlüyünü heç cür qəbul edə bilmir. Əgər Rusiya İranı ram etməsə, Zəngəzur və Suriya məsələsində Türkiyənin mövqeyini dəstəkləməsə, bu zaman Vikinqlər Putinin baş ağrısına çevriləcək. Bu isə Avropada yeni və Böyük müharibənin yaranmasına gətirib çıxaracaqdır. Putin iki çıxışdan birini mütləq seçməlidir…

Bu görüşdə Türkiyə tərəfi Rusiyanın yeni nəsil döyüş təyyarələrinidə nəzərdən keçirə bilər.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın