Ərdoğanın Füzuliyə tam heyətlə səfəri, Moskva görüşü və dünyaya bir mesajdır

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlmişdir. O, Azərbaycan prezidenti İlham Əliyevlə birgə işğaldan azad edilmiş Füzuli rayonundakı yeni hava limanının açılışında iştirak etmişdir. Bu səfərdə diqqət çəkən məqam isə, Türkiyənin tam heyətlə azad edilmiş torpaqlara səfər etməsidir. Görüşdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hülusi Akar, Ətraf Mühitin və Şəhərsalma naziri Murat Kurum, Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu, Türkiyə Prezident Administrasiyasının İdarəsinin rəisi Fəxrəddin Altun və Prezident Administrasiyasının mətbuat katibi İbrahim Kalın təmsil etmişlər. Bununla Ərdoğan, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında göstərmək istəyir ki, Türkiyənin burda böyük maraqları vardır.

Digər tərəfdən isə, İlham Əliyevin noyabrın 8-9 – da Moskvada keçiriləçək üçtərəfli görüşə dəstək xarakteri də daşıya bilər. Çünki həmin görüş, Qafqazda demək olar ki, həlledici olacaqdır. Son vaxtlar İlham Əliyevin bu görüşlə bağlı şübhələrini görə bilərik. O, hətta “Ermənistan müharibə istəyirsə biz hazırıq” kəlməsini də dilə gətirmişdir. Belə çıxır ki, İlham Əliyev Nikol Paşinyana son xəbərdarlığını edib. Türkiyə prezidentinin qısa müddətli səfəri Azərbaycana tam dəstəkdən əlavə, bütün dünyaya bir siqnal da verməsidir. Bölgəmizdə sülhün və ya müharibənin olması, 8-9 noyabr görüşündən sonra aydın olacaqdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın