Ərəstun Oruclu: Tehran Azərbaycana təzyiq göstərməklə əvvəlki səhvlərini təkrarlayır

 

İran zamanında özünün dediyi kimi müsəlman torpaqlarını işğal edənlərə qarşı loyallıq göstərməsəydi bu gün İsrailin guya onun sərhədlərinə yaxın olmasından narahatlıq yaşamazdı.

Amma təəssüf ki, Tehran Azərbaycana təzyiq göstərməyə cəhd etməklə əvvəlki səhvlərini bu gün də israrla təkrarlayır. Bununla da Azərbaycanı özündən bir qədər də uzaqlaşdırır, halbuki iki ölkə arasında sağlam əməkdaşlıq imkanları hər zaman olub və bu gün də var.

Amma sağlam əməkdaşlıq üçün ilk növbədə sağlam niyyət olmalıdır. Olmayan da deyəsən, elə budur.
Keçmiş olsun.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın