Ərəstun Oruclu: “Tərtər qətliamına görə məsuliyyət İlham Əliyevin üzərindədir”

 

Tərtər qətliamı barədə başladılan təkrar istintaqla bağlı təəssüf ki ən pessimist proqnozlarımız özünü doğrultmaqdadır.
Gözlənilən idi və ona görə də eks-addımlar da nəzərdə tutulurdu.

Beləliklə, ölkə üçün həyati əhəmiyyət daşıyan Tərtər qətliamına hüquqi qiymət verilməsini imitasiya edən hakimiyyət bütün çirkli üsul və vasitələrini işə salıb. Ölkədə belə “resursların” yetərincə olması isə yəqin ki, heç kəsdə şübhə doğurmur. Özü də təkcə ölkədə yox, həm də onun hüdudlarından kənarda.

Əvvəl də dəfələrlə demişəm ki, Tərtər qətliamının araşdırılması və ifşası ətrafında nəinki qalmaqallar, hətta mübahisələr belə yaratmaq bu işin özünü arxa plana keçirmək məqsədi daşıyır. Ona görə də belə işlərdə heç vaxt iştirak etmirəm.

Amma belə görünür ki, sifarişçilər “iştirak etmirəm” ilə “bacarmıram” anlayışlarını qarışdırırlar.
Odur kı, onlara bunu xatırlatmağı zəruri hesab edirəm:

Bütün addımlarınıza adekvat cavab veriləcək, bir o fərqlə ki, düşündüyünüz kimi alətlərinizə yox, özünüzə. Yanlış anlaşma olmasın deyə “özünüz” sözünə də aydınlıq gətirmək istəyirəm: söhbət ancaq İlham Əliyevdən gedir. Tərtər qətliamına hüquqi qiymət verilməsinə görə məsuliyyət daşıyan odur.

Dəfələrlə dediyimi təkrar edirəm ki, Tərtər qətliamına hüquqi qiymət verilməyənədək cinayətin törədilməsinə görə məsuliyyət də İlham Əliyevin üzərində olacaq.

Ərəstun Oruclu.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın