Ərəstun Oruclu: Tərtər qətliamı o zaman tam ifşa olunacaq ki, xalq olaraq nə baş verdiyini anlayaq

Bir hərbçimizin danışdiqlarından: “Tərtərdə işgəncələr zamanı yalnız onu düşünürdüm ki, görəsən, kimsə gəlib bu dəhşətli cəhənnəm əzabına son qoyacaq? Hər dəfə hansısa yüksək vəzifəli dövlət nümayəndəsi gələndən sonra isə işgəncələr daha amansızlıqla davam etdirilirdi”.

Başqa birisi deyirdi: “hərdən ağlıma gəlirdi ki, yəqin nəyisə anlamıram, ermənilərin əlinə düşmüşük və bizə qarşı bu vəhşilikləri törədən onlardır”.

Üçüncü deyirdi: “Həmin anda bircə istəyim vardı ki, tez öldürsünlər, canım qurtarsın bu əzablardan”.

Tərtər qətliamının araşdırılması getmir, çünki dövlət həmin qətliamı törətmiş xain cinayətkar çətənin əlindədir. Tərtər qətliamı o zaman tam ifşa olunacaq ki, xalq olaraq nə baş verdiyini anlayaq.
Bunun üçün isə anlamaq istəmək lazımdır.

Məsələn, mənim üçün həmin cinayətə açıq və ya qapalı şəkildə bəraət qazandırmağa çalışanların hamısının onu törədənlərdən heç bir fərqi yoxdur. İstisnasız olaraq heç birinin.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın