Ərəstun Oruclu: Sütunsuz adamlardan qorunun

 

Cəmiyyətdəki çirkinlikləri ifşa edənlər gec ya tez bir gün çirkin kampaniyanın başlanacağına hazır olmalıdır. Tərtər cinayətini araşdırmağa başlayanda mən də bunu nəzərə almışam.

Amma bunları bilərəkdən də bu işə imza atmışam, ona görə ki, öz daxili istəyim bunu diqtə edib. Çünki qəddarlıq, haqsızlıq, işgəncə və qətllər, yəni cinayətlər ifşa olunmalıdır yoxsa onlar durmadan təkrarlanacaq.

Bu işdən hər kəsin məmnun qalacağını da düşünüb əsla illüziyalar qurmaq lazım deyil. Keçdiyimiz həyat yolu bundan da ağırına hazır olmağı tövsiyə edir. İstənilən cəmiyyətdə olduğu kimi, bizdə də çox müxtəlif insanlar var.

Kimsə səni buna görə ittiham edəcək, kimsə alqışlayacaq, kimsə də baş verənlərə susqun qalacaq. Amma daha təhlükəli bir zümrə də var: küləyin əsdiyi səmtə əyilənlər. Ən qorxulu və ən namərd də belələridir. Onlardan qorunun. Sütunsuz adamlardan.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın