Ərəstun Oruclu: Rus vandalizminin daha bir nümunəsi

Rusiyanın Ukraynaya qarşı təcavüzünün ilk günlərində Kiyev hava limanında anqarda park olunmuş dünyanın yeganə ən böyük təyyarəsi olan An-225 Mriya məhv edildi.

32 il fasiləsiz xidmət edən bu təyyarə insan təfəkkürünün və texnologiyanin təntənəsi sayılırdı. Təyyarə 127 aviasiya rekordu vurmuşdu və onlardan biri təbii ki, ən böyük yük daşıması idi – 253.8 ton.

Ümumi çəkisi 640 tona yaxın olan Mriya 300 ton yanacaq götürmə və tam çəkidə 800 km/saat sürətlə uçmaq qabiliyyətinə malik idi.

Bu parametrlərə möcüzə-təyyarə fasiləsiz olaraq 15,400 km məsafə qət edə bilirdi. Bütün bunları təmin etmək üçün Mriya 6 Progress D-18T markalı turbovintli mühərriklə təhciz olunmuşdu.

Çəkisi 285 ton, uzunluğu 84 metr, qanadlarının uzunluğu 88 metr, hündürlüyü isə 18 metrə yaxın olan Mriya 11,000 metrədək yüksəkliyi fəth edirdi.

Yeri gəlmişkən, ukraynalıların dilində Mriya arzu, xəyal deməkdir.
Rus vandalizmi sayəsində o, artıq xəyala çevrilmişdir.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın