Ərəstun Oruclu: Hakimiyyət “Əsrin cinayətini” ifşa edənləri hədəfə almağa başlayıb

 

Deyəsən, hakimiyyət “Əsrin cinayətini” ifşa edənləri hədəfə almağa başlayıb.

Deyəsən, hakimiyyət “Əsrin cinayətini” ifşa edənləri hədəfə almağa başlayıb. Olsun, amma nə bu, nə qətliamın qurbanlarına verilən xidmətə bərpa vədləri, nə də Tərtər qətliamının “araşdırılmasına” cəlb etdiklər “hüquq müdafiəçiləri” məsələni qapada bilməyəcək.

Əsrin cinayəti yalnız bir yolla bağlana bilər: məhkəmə hökmlərilə. Bu terroru hazırlayan xəyanətkarlar, onu törədən qatillər, cəmiyyətdən gizlədən “jurnalistlər”, qatilləri himayə edən “ictimai-siyasi xadimlər” və cinayətə göz yuman dövlət rəhbəri layiqli qiymətini almayınca Tərtər qətliamı gündəmdən düşməyəcək!

Vəhşiliklər qarşısında sınmayaraq onlardan tələb olunan böhtanlara imza atmayan, törətmədikləri cinayətləti etiraf etməyən satqınlıqdansa qəddar işgəncələri və ölümü seçən Vətən övladlarının təmiz adı bərpa olunmayınca Tərtər qətliamı gündəmdən düşməyəcək!

Böhtanlara və işgəncələrə görə hərbçilərimiz qarşısında rəsmi səviyyədə üzr istənilməyincə, onlar əsassız kənarlaşdırıldıqları hərbi xidmətə bərpa olunmayınca, onlara və ailələrinə vurulmuş zərərə görə təzminatlar ödənilməyincə Tərətr qətliamı gündəmdən düşməyəcək!

Şərə və böhtana məruz qalaraq mühakimə olunan hərbçilərimiz məhkəmə qərarı ilə bəraət alıb azad edilməyincə, qətlə yetirilənlərə şəhid statusu verilməyincə, şikəst edilənlərin müalicəsi təmin olunmayınca Tərtər qətliamı gündəmdən düşməyəcək!

Terroru törətmiş cinayətkarlar törətdiklərinə görə onlara verilmiş rütbələrindən və dövlət mükafatlarından məhrum olunmayınca, yüksək vəzifədə olanlar vəzifədən azad edilməyincə, onların hamısı mühakimə olunmayınca Tərtər qətliamı gündəmdən düşməyəcək!

Ümumiyyətlə, Tərtər qətliamı heç zaman gündəmdən düşməyəcək, çünki onun müəllifləri bəlkə də müasir orduların heç birində törədilməmiş misilsiz vəhşiliklərə əl atmaqla onu tarixə çevirdilər. Tarix isə heç vaxt unudulmur.

İlham Əliyev Azərbaycan xalqına və xalqın ordusuna qarşı törədilmiş cinayətə susduqca, cinayətkarlarları mükafatlandırdıqca, cinayəti arxa plana keçirmək üçün İrəvanla, Zəngəzurla, Göyçə ilə bağlı mənasız və məsuliyyətsiz çıxışlarını davam etdirdikcə Tərtər qətliamı gündəmdən düşməyəcək!

Ərəstun Oruclu

Olsun, amma nə bu, nə qətliamın qurbanlarına verilən xidmətə bərpa vədləri, nə də Tərtər qətliamının “araşdırılmasına” cəlb etdiklər “hüquq müdafiəçiləri” məsələni qapada bilməyəcək.

Əsrin cinayəti yalnız bir yolla bağlana bilər: məhkəmə hökmlərilə. Bu terroru hazırlayan xəyanətkarlar, onu törədən qatillər, cəmiyyətdən gizlədən “jurnalistlər”, qatilləri himayə edən “ictimai-siyasi xadimlər” və cinayətə göz yuman dövlət rəhbəri layiqli qiymətini almayınca Tərtər qətliamı gündəmdən düşməyəcək!

Vəhşiliklər qarşısında sınmayaraq onlardan tələb olunan böhtanlara imza atmayan, törətmədikləri cinayətləti etiraf etməyən satqınlıqdansa qəddar işgəncələri və ölümü seçən Vətən övladlarının təmiz adı bərpa olunmayınca Tərtər qətliamı gündəmdən düşməyəcək!

Böhtanlara və işgəncələrə görə hərbçilərimiz qarşısında rəsmi səviyyədə üzr istənilməyincə, onlar əsassız kənarlaşdırıldıqları hərbi xidmətə bərpa olunmayınca, onlara və ailələrinə vurulmuş zərərə görə təzminatlar ödənilməyincə Tərətr qətliamı gündəmdən düşməyəcək!

Şərə və böhtana məruz qalaraq mühakimə olunan hərbçilərimiz məhkəmə qərarı ilə bəraət alıb azad edilməyincə, qətlə yetirilənlərə şəhid statusu verilməyincə, şikəst edilənlərin müalicəsi təmin olunmayınca Tərtər qətliamı gündəmdən düşməyəcək!

Terroru törətmiş cinayətkarlar törətdiklərinə görə onlara verilmiş rütbələrindən və dövlət mükafatlarından məhrum olunmayınca, yüksək vəzifədə olanlar vəzifədən azad edilməyincə, onların hamısı mühakimə olunmayınca Tərtər qətliamı gündəmdən düşməyəcək!

Ümumiyyətlə, Tərtər qətliamı heç zaman gündəmdən düşməyəcək, çünki onun müəllifləri bəlkə də müasir orduların heç birində törədilməmiş misilsiz vəhşiliklərə əl atmaqla onu tarixə çevirdilər. Tarix isə heç vaxt unudulmur.

İlham Əliyev Azərbaycan xalqına və xalqın ordusuna qarşı törədilmiş cinayətə susduqca, cinayətkarlarları mükafatlandırdıqca, cinayəti arxa plana keçirmək üçün İrəvanla, Zəngəzurla, Göyçə ilə bağlı mənasız və məsuliyyətsiz çıxışlarını davam etdirdikcə Tərtər qətliamı gündəmdən düşməyəcək!

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın