Ərəstun Oruclu: General cildinə girmiş Zakir Həsənova suallarım

 

General cildinə girmiş Zakir Həsənova suallarım:

1. Zakir Həsənov, Hərbi Dəniz Qüvvələrinin dağıdılmasına niyə göz yummusunuz və bu da azmış kimi, o işdə şəxsən iştirak etmisiniz?

2. Zakir Həsənov, mərhum pilotumuz Rəşad Atakişiyevin təyyarəsinin vurulması niyə təhqiq olunmadı?

3. Zakir Həsənov, MN-nə və ümumiyyətlə orduya heç bir aidiyyatı olmayan Azad Salamovun 4 il ərzində Müdafiə Nazirliyinin Texniki-Təhcizat İdarəsi kimi strateji bir quruma rəhbərlik etməsinə kimin tapşırığı ilə yol vermisiniz?

4. Zakir Həsənov, MN Baş Kəşfiyyat İdarəsinin rəisi general-mayor İlqar Mazanovun işdən azad olunmasına “səbəb” olmuş təxribat və satqınlıq nəticəsində ordumuzun kəşfiyyat qrupunun ermənilər tərəfindən məhv edilməsi niyə araşdırılmayıb?

5. Zakir Həsənov, Tərtər qətliamnında işgəncələrə rəhbərlik etmiş cinayətkar Cəfər Seyidovu MN Kəşfiyyat Baş İdarəsi 1-ci idarənin rəisi vəzifəsinə təyin etməyi sizə kim tapşırmışdı?

6. Zakir Həsənov, Tərtər qətliamında zorakılıqlara məruz qalanların niyə hamısı ordu sıralarından tərxis olunub?

7. Zakir Həsənov, Tərtər qətliamında işgəncə verənlər və həm də qətl törədənlərin hamısı buna görə mühakimə olunaraq cəza çəkəndən sonra niyə ordu sıralarına bərpa olunublar?

8. Zakir Həsənov, həmin cinayətkarların hamısı niyə vəzifədə və rütbədə böyüdülüb?

9. Zakir Həsənov, həmin canilərdən biri olmuş Ruslan Mikayılov 2017-ci ildən 2021-ci ilədək (bu müddətin də 2 ilini həbsxanada keçirməklə) leytenant rütbəsindən mayoradək necə və niyə yüksəldilib?

10. Zakir Həsənov, iki minədək hərbçisi guya düşmənlə əməkdaşlıqda şübhəli bilinən və özünün də şəxsən işgəncələrdə iştirak etdiyinin onlarla şahidi olan 1-ci ordu korpusunun komandanı Hikmət Həsənov niyə bu günədək vəzifəsində qalmaqdadır? Bunu da Moskvadan tapşırıblar yoxsa şəxsi qərarınızdır?

11. Zakir Həsənov, İllərdir orduya qarşı sizin də iştirakınızla törədilmiş cinayətlərə görə niyə xalq qarşısında izahat vermirsiniz?

12. Zakir Həsənov, Moskvadan təlimatları necə alırsınız: qardaşınızın vasitəsilə yoxsa birbaşa?

13. Zakir Həsənov, iki minədək hərbçisinin işgəncələrə məruz qaldığı ordunun başında özünüzü necə hiss edirsiniz?

14. Zakir Həsənov, müharibə dövründə rəhbərliyindən kənarlaşdırıldığınız ordunun rəhbərliyinə yenidən qayıtmağınız Moskvadan tapşırıq idi yoxsa öz təşəbbüsünüz? Ümumiyyətlə, buna görə heç olmazsa özünüz və ya ailəniz qarşısında nə zamansa utanc hissi yaşamısınız?

15. Zakir Həsənov, sadaladığım cinayətlərinizə görə bir gün mühakimə olunanda baş verənlər haqqında nə danışacaqsınız? İnanın, bu gec-tez olacaq, həm də ona görə ki, sizin məhkəməyə çıxarılmamaq üçün intihara gedəcək qədər şərəf və ləyaqətiniz yoxdur.

16. Zakir Həsənov, niyə susursunuz? Yoxsa sizə ancaq quş sürüsü haqda danışmağa icazə verilib?

17. Zakir Həsənov, bilirsiniz ki, suallarım hələ davam edəcək?

Ərəstun Oruclu

Bunu paylaş:

Bir cavab yazın