Ərəstun Oruclu: Bu haqda Der Spiegel dərgisi bildirir

Almaniyanın xarici kəşfiyyat xidməti BND ölkə Bundestaqına Buçada və Ukraynanın digər işğal olunmuş ərazilərində Rusiya hərbçilərinin danışıqları olan səs qeydlərini təqdim edib. Bu haqda Der Spiegel dərgisi bildirir.

Danışıqlarda mülki şəxslərin qətli ilə bağlı çoxsaylı sübutların olduğu bildirilir. BND onu da bildirib ki, danışıqların məzmunu qətllərin aşağı səviyyədə hərbçilərin təşəbbüsü yox, Rusiya dövlətinin əhalidə xof yaratmaq taktikasının tərkib hissəsi olduğunu göstərir.

Görəsən, bizdəki faşist sevdalı riyakar yaramazlar buna nə deyəcəklər? ABŞ, Britaniya, İsrail kəşfiyyatı olsaydı indi ağızları köpüklənə-köpüklənə bağırardılar ki, hamısı sionistlərin təxribatıdır. Amma Rusiyanın dostu qalmağa çalışan Almaniyanın kəşfiyyatı bu şansdan məhrum edib putinsevərləri.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın