Ərəstun Oruclu: Bu cinayətin açılmasında ilk növbədə maraqlı olmayan İlham Əliyevdir

 

Əgər bu qədər müzakirələrin qarşılığında Tərtər cinayətinin açılması istiqamətində bircə addım da atılmırsa, demək bu cinayətin açılmasında ilk növbədə maraqlı olmayan İlham Əliyevdir.

Yox, əgər İlham Əliyevin hətta Xanlar Vəliyev və Hikmət Həsənov kimi qanlı cinayətkarları cəzalandırmağa gücü çatmırsa, o zaman elə həmin cinayətin törədilməsinin də səbəbkarı İlham Əliyevdir.

Əgər ali baş komandanı olduğunu iddia etdiyi ordunun başına gətirilənlərə sükutla reaksiya verirsə, demək cinayətin təşkilatçılarından biri də elə İlham Əliyevdir.

Bu da öz növbəsində o deməkdir ki, Azərbaycan xalqının müqəddaratı ona düşmən olan şəxslərin əlindədir. Bu haqda da düşünməliyik ki, sabah hamımız hərbçilərimizin gününə düşməyək.

Bu xalqa divan tutan Xanlar Vəliyev və Elmar Vəliyev kimi alçaq düşmənlər vermiş ailə hələ də Azərbaycanda yaşayırsa, bunun da günahkarı özümüzük.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın