Ərəstun Oruclu: Azərbaycanla Ermənistan arasında böyük sülh anlaşmasının şərtlərindən biri…

 

Azərbaycanla Ermənistan arasında böyük sülh anlaşmasının şərtlərindən biri kimi azərbaycanlıların Ermənistanda əsrlər boyu yaşamış olduqları yurdlarına qaytarılmasının təmin olunması təklifi danışıqlar prosesi üçün vacib bir məqamdır.
Amma bunun da azı iki mənfi tərəfi var:

1. Bu halda Ermənistan da münaqişəyədək Azərbaycanda Qarabağdan kənar yerlərdə yaşamış ermənilərin öz yerlərinə qaytarılmasının danışıqlar predmeti olmasını tələb edəcək ki, bu da sülh danışıqlarının sonsuzluğa qədər uzanması deməkdir. Son nətcədə isə heç bir sülh anlaşması əldə olunmayacaq.

2. Bu, deportasiya olunmuş azərbaycanlıların Ermənistana qaytarılmasının vacibliyini əsas gətirərək yeni müharibə təhrikçiliyi edənlərin fəallığıdır. Xüsusilə də xalqın həssas yanaşdığı məsələlərlə spekulyasiya edənlərin xeylisinin Rusiya 5-ci kolonu olmasını nəzərə aldıqda, belələrinin ölkəni hara çəkmək istədiyini təsəvvür etmək belə qorxuludur.

Ərəsrun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın