Ərəstun Oruclu: Azərbaycana gətirilir, Bakıda sintez olunur və hətta bir sıra qonşu ölkələrə də ixrac edilir

 

Ölkədə ucuz sintetik narkotiklərin yayılması haqda çox danışılır. Mənə də bununla bağlı bir neçə mesaj və postlarıma şərhlər yazılıb.
Bəli, Azərbaycanda çoxdan məlum olan və satılan bu bəlanın məhz indi geniş yayılmasının arxasında siyasi səbəblər durur.

Yazılanların, deyilənlərin bəzi istisnalarla əksəriyyətilə razıyam, sadəcə onlara kiçik bir əlavəm var: həmin o, yüksək dərəcədə asılılıq yaradan və udmaqla, damardaxili yeridilməklə və tənəffüs yolları vasitəsilə qəbul edilən həmin sintetik narkotik maddə – metamfetamin Azərbaycana gətirilir, Bakıda sintez olunur və hətta bir sıra qonşu ölkələrə də ixrac edilir.

Qaldı onun sintezi ilə məşğul olan “gizli” laboratoriyaya, onun yerini Prokurorluq da bilir, DİN də, DTX da və hətta PKK da. Sadəcə görünür, ilk 3 qurum siyasətə qarışmadıqlarından ona toxunmurlar. Yoxsa mənim azı 6 ildir bildiyimi onlar niyə bilməsinlər ki?!

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın