Ərəstun Oruclu: Azərbaycan hakimiyyəti populist bəyanatlar verərkən Ermənistan bizə qarşı konkret fəaliyyətə başlayıb

 

Bu gün BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı iddiası üzrə açıq dunləmələrə başlayıb.

Dəfələrlə yazmışdım ki, 44-günlük müharibə zamanı Azərbaycanın müxtəlif bölgələrində dinc əhalinin raket atəşinə tutulmasını rəsmiləşdirib beynəlxalq tribunala təqdim etmək lazımdır.

O cümlədən də noyabrın 9-da Bakıya raket atılması müharibə cinayətidir və onun da sübutlarını Haaqa Tribunalına vermək lazımdır. Amma çox təəsüf ki, başı işğaldan azad olunmuş ərazilərdə ailə biznesinin inkişafına qarışanlar məsələnin ciddiliyini anlamadılar.

Bu da bir yana, arxada qalan 27-illik işğal dövründə Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqda da heç bir beynəlxalq tribunala əsaslı müraciət olunmadı. Halbuki bu cinayətlər həmin məhkəmənin predmeti idi.

İndi haqlı oldugumuz halda günahkar çıxarılsaq təəccüblənmək lazım deyil.

Ərəstun Oruclu.

Bunu paylaş:

Bir cavab yazın