Ərəstun Oruclu: Azərbaycanın müxtəlif ölkələrdəki səfirliklərinə hücum aksiyaları davam edəcək

Azərbaycanın müxtəlif ölkələrdəki səfirliklərinə hücum aksiyaları davam edəcək, çünki onlar hal-hazırda ölkəmizə qarşı aparılan siyasətin tərkib hissəsidir.

Azerbaycan bunlarla bağlı etiraz notası verməklə kifayətlənməməli, daha təsirli addımlar atmalıdır. Xüsusilə də ona görə ki, söhbət dinc etiraz aksiyalarından deyil, vandalizm aktından gedir.

Azərbaycan rəhbərliyinin xarici siyasət kursu kimisə qane etməyə bilər, amma bu, ölkənin diplomatik missiyalarının hücumlara məruz qoyulması şəklində ifadə olunmamalıdır.

Bütün bu təxribatlar təkcə diplomatik xidmət və diplomatik missiyaların fəaliyyətinin təmin olunmasına dair beynəlxalq öhdəliklərə zidd deyil, həm də qeyri-sivil, qeyri-insani və qeyri-rasionaldır.

Xüsusilə də belə hallar özünü sivil toplum sayan və demokratik hüquqi idarəçiliyi olduğunu iddia edən ölkələrdə baş verirsə.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın