Ərəstun Oruclu: “Ayının hədəfində Özbəkistandır”

 

Ayının hədəfində Özbəkistandır. Bunu Daşkəndin son günlər atdığı addımlar da göstərir. Ölkədə ordunun təbliği gücləndirilib, Özbəkistana giriş qaydaları dəyişdirilib, məktəblərdə qış tətili yanvarın 25-dək uzadılıb, əhalinin qaz təchizatının yaxşılaşdırılması üçün Rusiyaya qaz ixracı dayandırılıb.

Bu günlərdə prezident Mirziyoyevin Türkiyə prezidenti Erdoğanla telefon danışıqları olub.
Özbəkistan bir çox mənada, ilk növbədə də goesiyasi baxımdan bölgənin açar dövlətidir və bunu Rusiyada da yaxşı anlayırlar.

Rusiyanın Mərkəzi Asiya istiqamətində hücumu böyük geosiyasi layihənin bir hissəsidir. Hədəfdə Şərq-Qərb iqtisadi və ticari əlaqələrini təmin edən bütün coğrafiyanın nəzarət altına götürülməsidir. O cümlədən də Əfqanıstanın.

Bunun üçün də Qazaxıstandan Özbəkistana, ordan da Əfqanıstana hərbi müdaxilə olunmalıdır. Bir sözlə, Rusiya SSRI-ni batıran bataqlığa doğru irəliləyir. Bir o fərqlə ki, bu dəfə onun yolunun üzərində sovet dövründəkindən daha çox “tələlər” və “çalalar” var.

Ərəstun Oruclu.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın