Ərəstun Oruclu: “Adamı danışdır, kim olduğunu özü deyəcək” silsiləsindən bu dəfə deputat Eldar Quliyev

Hamısını beləcə danışdırmaq lazımdır, amma özləri də nəticəsini bildiklərindən jurnalistlərdən qaçırlar, medianı küncə sıxırlar.

“Xəzərin statusu həll olunmamışdı, Qurbanqulu Berdıməhəmmədov hakimiyyətə gələndən sonra məsələ həllini tapdı… Azərbaycan Ağsaqqallar Şurasının sədri kimi mən və şuranın bir neçə üzvü bu ayın əvvəlində Türkmənistana səfər edib, Qurbanqulu Berdıməhəmmədovla görüşdük. Mən ona “Fəxri ağsaqqal” Qızıl ordenini təqdim etdim. Təsəvvür edin ki, orada zal dolu idi, hər kəs də ayaqüstə Qurbanqulu Berdıməhəmmədovu qarşılayırdı.

Biz ikimiz birlikdə zala daxil olduq. Mən ona dedim ki, siz qabaqda gedin, mən arxanızca gedirəm. Qurbanqulu Berdıməhəmmədov əlimdən tutub dedi ki, yox, birlikdə gedəcəyik. Nə pul? Mən elə bir adama pulla orden sataram? Mən bayramda minlərlə adama iftar süfrəsi verdim. Mənim atam, babam imkanlı şəxslər olublar.

Hacinskilərin doğma bacısı uşaqları olublar. Hər şey pulla ölçülə bilməz. Mən Əslzadələr Birliyinin üzvüyəm”.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın