Ərəstun Oruclu: Abid Qafarov şərlənərək həbs olundu

Abid Qafarov şərlənərək həbs olundu. Tərtər qətliamının araşdırılmasında fəal iştirakına görə. Necə ki, bir qədər əvvəl İlham Aslanoğlu eyni səbəbdən iki dəfə şərlənərək tutuldu və bir neçə il əvvəl də Oqtay Gülalıyev “qəzaya uğrayaraq” ömürlük şikəst oldu. Ən böyük faciə bu, deyil, minlərlə hərbçiyə qarşı vəhşiliklər törədənlər üçün daha 3 nəfəri bədbəxt etmək çox adi bir işdir.

Əsl faciə irticaya xidmət edənlərin Abid Qafarovun dindar olmasını qabardıb onu “İran layihəsi”, “İran casusu” kimi təqdim edərək əsl niyyətlərini bunun arxasında gizlətməsidir. İndi bildiniz Tərtərdə qətliam həm də niyə rahat baş tutmuşdu? Çünki onda da irticanın xidmətində durub günahsız hərbçilərimizi “xain”, “satqın” kimi damğalayan şərəfsizlər və onlara züy tutan riyakar kütlə olmuşdu.

Dəyişən ancaq bir şeydir: Tərtərdə qətliam törədiləndə təsir altına düşüb dəstək verənləri naşılıq qurbanı kimi qəbul etmək olardı, bu gün isə vəziyyət fərqlidir. Ən azı məni daim izləyən və dostluğumda olanlar bu cinayət haqqında ətraflı məlumata malikdirlər, çünki müntəzəm bəyənir və suallar verir, şərhlər yazırlar.

Amma belələrinin eyni zamanda Abid Qafarovun ünvanına yazılan böhtanlara dəstək verməsi problemin daha dərin, daha dolaşıq olmasından xəbər verir. O, problemləri araşdırmaq mənim sahəmə aid deyil və işim də deyil. Odur ki, belələrini dostluğumdan könüllü çıxmağa dəvət edirəm. Üzrlü sayın, amma məncə səmimi düşmən riyakar “dostdan” min dəfə üstündür. Heç olmazsa onun bir siması var.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın