Ərəstun Oruclu: 5 ildir lal, kar və kor olub Tərtər qətlimına susan Müdafiə Nazirliyi polkovnik Elnur Məmmədovun İlham Əliyevə ünvanlanmış və YouTube-da yaydığı müraciətinə ani reaksiya verib

5 ildir lal, kar və kor olub Tərtər qətlimına susan Müdafiə Nazirliyi polkovnik Elnur Məmmədovun İlham Əliyevə ünvanlanmış və YouTube-da yaydığı müraciətinə ani reaksiya verib.

Həmin reaksiyanın bir hissəsini diqqətinizə çatdırıram:

“Uzun sürən onkoloji xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq yutub media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib”.

Əvvəla, qeyd edim ki, MN-nin cavabını yayan media qurumlarının xeyli hissəsi nədənsə polkovnikin müraciətini də yaymağı nəzərdən qaçırıblar. Olsun, yenilik deyil bu və elə ona görə də müraciətin videosunu şərh bölümündə paylaşıram.

Bəs polkovnik Elnur Məmmədov kimdir və harada xidmət edib? O, müdafiə naziri, toy generalı Zakir Həsənovun 18 iyul 2022-ci il tarixli əmrilə tutduğu Hərbi Akademiya rəisinin birinci müavini vəzifəsindən azad edilmiş, özü və iki oğlu Birinci Qarabağ Müharibəsinin iştirakçıları olmuş hərbçidir.

MN-nin cavabında o da bildirilir ki, “Elnur Məmmədov “hoçkin limfoması, xroniki gedişli, remisiya mərhələsində” diaqnozlu xəstəliklə hərbi xidmətə yararsız hesab olunaraq ehtiyata buraxılıb. Onun Vətən müharibəsində heç bir yaralanması olmayıb”. Remissiya mərhələsi xəstəliyin sönməsi deməkdir, amma tutaq ki, Müdafiə Nazirliyi burda da haqlıdır.

Nəhayət, sonda Müdafiə Nazirliyi bildirir: “E.Məmmədovun sosial şəbəkələr vasitəsilə yaydığı məlumatlar yalandır, heç bir əsası yoxdur”.
Hesab edək ki, burda da Müdafiə Nazirliyi məsumdur və Elnur Məmmədov həqiqətən yalan danışır.

Amma uzun müddətdir karlığa, korluğa, lallığa tutulmuş toy generalı Zakir Həsənova və onun birinci müavini eyni xəstəliyə düçar olmuş Baş Qərargah rəisi Kərim Vəliyevə bir neçə sualım var:

1. Nədən 5 ildir Tərtərdə törədilmiş misilsiz cinayətə və xəyanətə susursunuz, amma əməlləriniz haqda məlumat yayılan kimi diliniz açılır və içinizdəki çirkabı tökürsünüz?

2. Deyək ki, Elnur Məmmədov şəxsi maraqlarını və ambisiyalarını düşüdür, bəs siz Tərtər qatillərini himayə etməklə hansı maraqları güdürsünüz?

3. Tutalım razılaşdıq ki, Elnur Məmmədov yalan danışır, bəs onun tutduğu vəzifəyə Tərtər cəlladı Hikmət Həsənovun təyin olunması da yalandır və Tərtər qatilini belə himayə etməyinizin əsl səbəbi nədir?

4. Hikmət Həsənovun sosial mediadakı muzdlu qulbeçələrinə digər generallar barədə “kompromatlar” ötürənlər niyə öz vəzifələrində qalmaqdadır?

5. Suallara cavab vermək fikriniz var, ya onların da cavabını mən yazım?

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın