Ərəstun Oruclu: Əminəm ki, əsl vətəndaş “məktubları” hələ irəlidədir

Cinayət və xəyanət yuvası olan Hərbi Prokurorluğun baş cəlladı Xanlar Vəliyev bu mənfur qurumun mənfur fəaliyyətinin yarımillik hesabatına həsr olunmuş toplantıda deyib ki, cinayətkar yuvası vətəndaşlardan daha çox təşəkkür məktubları alıb.

Anlayıram ki, heç bir cinayətkar özünün əməllərini etiraf etmir, bunları ona sübut etmək lazımdır, amma sübut etməli olanlar da elə Tərtər cəlladının cinayət sərikləridir və bütün qanunlar da onların əllərində cinayət alətidir.

Qaldı vətəndaşların təşəkkür məktublarına, əminəm ki, əsl vətəndaş “məktubları” hələ irəlidədir. Gec ya tez Xanlar Vəliyev də, onun cinayət sərikləri də həmin “məktubları” artıqlaması ilə alacaqlar.

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın