Ərəstun Oruclu: “İstəyirsən, lap get İlhama de!”

Tərtər qətliamı ilə bağlı dünənki həbslərə Xanlar Vəliyevin cavabı özünü çox gözlətmədi. Xatırladım ki, həbs olunanların 1 nəfər (Rəşid Niftalıyev) xaric hamısı eyni cinayətə görə artıq 2018-ci ildə Hərbi Prokurorluq tərəfindən aparılan istintaq nəticəsində mühakimə olunublar və 2-ci Qarabağ Müharibəsi zamanı müəmmalı şəkildə azad olunublar.

Onların təkrar həbsi isə cinayətkar Xanlar Vəliyevin rəhbərlik etdiyi qurumun istintaqı yararsız aparması anlamına gəlir. Odur ki, bu gün Xanlar Vəliyev başda İlham Əliyev olmaqla hər kəsə diş göstərdi və Tərtər qətliamının fəal iştirakçısı, həmin istintaq qrupunda özünün işverəni olmuş, sonra da Tərtər hərbi prouroru vəzifəsini almış cinayətkar Hümmət Məmmədovu yeni vəzifəyə təyin etdirib.

Mediada “Tərtər işi”ni araşdıran prokuror İŞDƏN ÇIXARILDI” başlığı ilə təqdim olunan məlumatın əsl məzmunu isə belədir: “Baş prokuror Kamran Əliyevin əmri ilə Tərtər hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilib. O, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.”

Görünür, Tərtər qurbanlarının ailə üzvlərinin şikayətinə cavab olaraq “istəyirsən, lap get İlhama de!” söyləyən Xanlar Vəliyev bunu deməkdə haqlı imiş. İndi maraqlıdır ki, bu məxluqun göstərdiyi dişi sındıran olacaqmı?

Ərəstun Oruclu
Şərq-Qərb Strateji Araşdırmalar Mərkəzinin rəhbəri.

Bunu paylaş:

Bir cavab yazın