Ərəstun Oruclu:Ədliyyə naziri Fikrət Məmmədov kor və kar olub ki, bunları görmür

 

Bir müddətdir Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə MTN cəlladı Mövlam Şıxəliyevın törətmiş olduğu onlarla cinayətə dair məhkəmə prosesi davam edir.

Bu gün də hakimin göstərişi ilə jurnalistlərin iclasa buraxılmamasını izah edən heç bir səbəb göstərilməyib. Amma ən faciəvi bu da deyil. Zərərçəkmiş şəxslərin davamlı etirazına baxmayaraq hakim ilk gündən qatıl və quldur Şıxəliyevə “müttəhim” yox, “müəllim” deyə müraciət edir.

Bu haqda dəfələrlə yazılsa və deyilsə də hakim cinayətkara vəkilliyinə davam edir.
Maraqlıdır, görəsən ölkənin Ədliyyə naziri Fikrət Məmmədov kor və kar olub ki, bunları görmür yoxsa simasız hakimə bunu özü tapşırıb?

Kar və kor olmaq demiş, deyəsən ölkə hakimiyyəti bütövlükdə bu mərəzə yoluxub, yoxsa ölkədə baş verənlərlə bağlı heç bir rəsmi reaksiya olmamasının başqa səbəbini tapmaq olmur.

Ərəstun Oruclu – Şərq və Qərb Anlitik Mərkəzinin rəhbəri

Bunu paylaş:

Bir cavab yazın