Ərəblərə halal, bizə haramdır?

 

Bizim Azərbaycanımızda yerli əhaliyə qadağalar tətbiq olunduğu bir vaxtda xarici vətəndaşlar üçün hər şeyə icazə verilir. Bir millət olaraq çox gülməli vəziyyətdəyik.
Söhbət ərəb qonaqlarından gedir. Bir neçə gün öncə video – görüntüyə alınmış ərəb qonaqların, qadağan olunmuş ərazidə turist çadırları quraraq qanunsuz ovçuluqla məşgul olduqları üzə çıxıb.Çəkliş zamanı aydın olur ki, “Qax Dövlət Təbiət Yasaqlığı” ərazisində çəkiliş aparılarkən, qonaqlar icazəli çadır qurduqlarını bildiriblər..
Anlayırıq ki, turizmin inkişafı vacibdir, lakin qanunlar çərçivəsində. Bu qanunlar nəinki yerli əhaliyə,hətta gələn turistlərə belə şamil olunmalıdır. Heyvan ovçuluğu ilə məşğul olan ərəb turistlər də öz növbəsində qanunlara riayət etməlidirlər. Bir müəmmalı məsələ diqqətimizi cəlb etmişdir; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və qoruğun işçiləri ərəb qonaqlarını həmin zaman müşayət edirdilər. Azərbaycanımıza səfər edən ərəb turistləri görün nə qədər bəxşiş veriblər ki, onlara çadır quraşdırmaq və ov etmək üçün icazə verilib.

Əgər məbləğ az miqdardadısa, onda niyə bizim vətəndaşlara icazə verilmir? Əksinədirsə, təşrif buyurmuş qonaqlar niyə qadağan olunmuş ərazidə məskunlaşıb, istədiklərini edirlər? Diqqətinizi bir də qonaqların maskasız olduğuna yönləndirək. Olmaya, ərəb qonaqların ölkəsində covid 19 yoxdur? Yoxsa ərəblər üçün masqa taxmaq “haramdır”. Bu qədər millətimizi alçaltmaq lazım deyil. Hansı ərəb öz ölkəsində bunu edə bilər? İnanın ki, heç biri. Və yaxud Azərbaycan vətəndaşları Ərəb ölkələrində bu cür qanunları poza bilərlərmi? Bu rusvayçılığı yaradan yuxarılarda oturanlardır. İlham Əliyevin hakimiyyətinin icazəsi olmasa, heç kim masqasız bizim qoruqlarda keyf edə bilməz. İnanın ki, hakimiyyətin oyunlarına artıq gözümüz toxdur.

 

Rəşad Şıxəliyev.

 

 

Bunu paylaş: