Ənənəvi çıxış: Rüşvətin dəyəri yenə yüksəldi

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, jurnalistlərə verdiyi müsahibədə ölkə daxilində olan problemlərdən söhbət açmışdır. O, məmurlara xəbərdarlıq edərək işlərinə diqqətlə yanaşmalarını tələb etmişdir. İlham Əliyev ölkədə, məmurlar tərəfindən rüşvətxorluq hallarının olmasını çox pis hal kimi qeyd etmişdir.

Ölkə başçısının sözlərinə görə, təyin etdiyi yeni məmurlar müəyyən bir vaxta qədər öz işlərini görsələr də, sonradan yenidən əyir yola düşərək rüşvət almağı üstün tuturlar. Təəssüf ki, Azərbaycanda bu cür hallarla qarşılaşmaqdayıq. Sonra o, bu gün rüşvət alan məmurların harda olduğunu xatırladıb.

Bu sözlərlə İlham Əliyev xalqa nə mesaj verir?
Bir tərəfdən o, daxildəki problemləri məmurların üstünə atmaq istəyir. Digər tərəfdən isə…
Çoxları düşünür ki, İlham Əliyevin bu çıxışından sonra ölkədə rüşvətxorluq yox olacaqdır. Əslində ölkə başçısının rüşvətxorluqla bağlı ənənəvi çıxışının böyük tarixi vardır.

Ölkədə iqtisadiyyatının bir qismini rüşvətxorluq təşkil etməkdədir. Bahalaşma ilə bağlı, rüşvətin dəyərinin də qalxması çox vacib amillərdən biridir.

Fikir versək görəcəyik ki, İlham Əliyev hər il məmurlara və ruşvətə qarşı bu cür çıxışlar edtməkdədir. Nəticədə isə, rüşvətin dəyəri iki dəfə artır.

Azərbaycanda illərlə davam edən daxili siyasətin nəticəsidir ki, məmurlar hələ də xalqın pulunu talamaqdadırlar. Çünki, İlham Əliyev rejimi illərdir ki, ölkəni bu tərzdə idarə etməkdədir. Həkim, müəllim, polis və bu kimi dövlət işçiləri rüşvət almaqda davam edirlər.
İlham Əliyevin bu cür çıxışlarına baxmayaraq, deyə bilərik ki, bütün rüşvətxorluğun başında duran özü və məmurlarıdır.

Mikayıl Əsədov.

Bunu paylaş:

Bir cavab yazın