Əməliyyat sonrası Ərdoğandan sərt açıqlama

 

Artıq bir neçə gündür ki, Türkiyə ordusu İraqın şimalında antiterror əməliyyatları keçirir. İraqın şimalında yerləşən bəzi dağlıq ərazilərdə PKK terrorçularına aid ən mühüm döyüş -təlim kampları yerləşməkdədir. Bu bölgədən dəfələrlə Türkiyəyə qarşı təhdidlər həyata keçirilmişdir. Türkiyə Müdafiə Nazirliyinin sözlərinə görə, artıq 5 ilə yaxındır ki, bu relyef nəzarət altında idi. Terrorçular mağaralarda gizlənərək türk ordusuna və sıravi vətəndaşlarına qarşı cinayətlər törətmişlər.

Türk ordusunun Kandil bölgəsi yaxınlığında keçirdiyi əməliyyat zamanı ,terrorçuların olduğu mağaradan 13 Türkiyə vətəndaşının meyiti aşkarlanmışdır. Şəhid olan vətəndaşlar ayrı-ayrı vaxtlarda, Türkiyənin bölgələrindən oğurlanmış və terrorçular tərəfindən öldürülmüşdür.
Türkiyə ordusunun anti-terror əməliyyatı nəticəsində 3 əsgəri şəhid olmuş, 5 əsgəri yaralanmışdır. Nəticədə 53 -dən çox terrorçu məhv edilmişdir.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sərt açıqlama ilə çıxış etmişdir. Ərdoğan PKK terrorçularına bəzi ölkələr tərəfindən dəstək verildiyini və həmin ölkələrə xəbərdarlıq edildiyini bildirmişdir. Ərdoğan sonda əməliyyatların uğurla başa çatdığını qeyd edərək, bundan sonra da Türkiyənin istənilən təhdidə cavab verəcəyini bildirmişdir.

Mikayıl Əsədov.

Bunu paylaş: