Əməli iş görmək lazımdır cənablar!

 

Azərbaycanın ərazi bütövlüyünün həqiqi mənzərəsi yalnız bağlanacaq sülh müqaviləsində öz əksini tapa bilər.

İndi demək olar ki, hər gün söylənilən rəsmi və qeyri-rəsmi fikirlər isə subyektiv mülahizə və fərziylərdən ibarətdir.
Sülh müqaviləsində xüsusi şərt kimi erməni tərəfi Dağlıq Qarabağın Azərbaycanın subyekti/inzibati ərazi vahidi olduğunu qəbul etməyincə, bu və ya digər ərazilərimizə bir daha iddiaları olmayacaqlarını öhdəlik kimi üzərlərinə götürməyincə, habelə Qazax və Naxçıvanın kəndlərinin geri qaytarılması barədə qarşı tərəfin iltizamı rəsmən təsbit olunmayana qədər “ərazi bütövlüyünün tam təmin edilməsi”ndən dəm vurmaq avam kütlənin boyuna biçilmiş don görüntüsü yaradacaq…
Bir şey barədə gecə-gündüz vəsfkarə tərzdə danışıb, onu təşviq etmək tədricən əks-təbliğat təsiri bağışlamağa başlayır. Və azacıq düşünüb təhlil etmək bacarığı olan adamda müəyyən şübhələrin yaranmasına əsas verir.

Adətən mütəmadi danışılan bir şey olmayanlara aiddir. Görünən və mövcud olan barədə müntəzəm danışılması isə normal hal sayıla bilməz. Bəziləri olmayan bir şeyin boş qalmış yerini durmadan onu tərənnüm etməklə doldurmaq, bu yolla maraqlı tərəfləri onun varlığına inandırmaq istəyirlər.

Ərazi bütövlüyünün tam təmin olunmasında nəzarətci ifadələr predmet rolu oynaya bilməz. Hüquqi terminalogiya ilə desək bu söz-söhbətlər məsələnin praktik həllində preyudisial əhəmiyyət kəsb eləmir. Yəni halva, halva deməklə ağız şirin olmur.
Əməli iş görmək lazımdır cənablar!

Elnur Xəlilov.

Bunu paylaş:

Bir cavab yazın