Əliyevlərin, Paşayevlərin və Qaralovların xəzinədarı xalqı belə təhqir edir

Sosial şəbəkələrdə bahalı avtomobil idarə edərək, ölkənin kasıb təbəqəsini təhqir edən şəxsin polis tərəfindən saxlanılması xəbəri yayılmışdır. Nəticədə xalq qarşısına çıxan Samid Bağırov adlı şəxs, etdiyi hərəkətə görə üzr istəyib. Polisdən verilən məlumata görə, ona xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

Hadisədən bir müddət sonra bu şəxsin kim olduğu tam ortaya çıxmışdır. Söhbət sabiq Baş Prokuror Zakir Qaralovun pul yığanı (kassiri) olduğu aydın olmuşdur. Aydın olub ki, Samid Bağırov adlı məxluq, “Akkord Şirkətlər Qrupu” nun xəzinadarı vəzifəsində fəaliyyət göstərmişdir.
Görünür, bu məxluq kasıbları təhqir etməklə anlamır ki, milləti bu vəziyyətə salan onun kimilərə ağalıq edənlərdir. Çünki xalqın pullarını talamaqla harınlayan məmurlar və onların yaxınlarını Azərbaycanda çox görmək olur.

Xatırladaq ki, “Akkord Şirkətlər Qrupu” Azərbaycan prezidenti İlham Əliyevin ailə bizneslərindən biri sayılmaqdadır. Bu şirkət fantastik qiymətlər müqabilində, ölkədə dövlət tərəfindən icra edilən bütün tenderlərin qalibi kimi tanınır. Bu səbəbdən də, “Akkord” şirkətinin xəzinadarının belə quduraraq xalqı təhqir etməsinin məhsulləti, bir başa ona ağalıq edən Əliyevlər, Paşayevlər və Zakir Qaralovların üzərinə düşür.

Əliəşrəf Məmmədov.

Bunu paylaş:

Bir cavab yazın